Çərşənbə axşamı , 30 Aprel 2024

Gündəm

Allahşükür Paşazadə:”Sirdaşım, qardaşım Aleksandr Atanın vəfatı böyük itkidir”

“Aleksandr Atanın vəfatı bizim üçün böyük itkidir. Bu gün yaxın dostum, sirdaşım, qardaşım, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının banisi arxiyepiskop Aleksandrın vida mərasimində iştirak edir, ona dualar edirik”. Bunu bu gün Aleksandr Ata ilə vida mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. QMİ sədri deyib ki, Aleksandr Ata Rusiya və Azərbaycan, Rus Pravoslav Kilsəsi və QMİ arasında, …

Read More »

“Ərdoğanın Qarabağın incisi Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir” – Türkiyə səfiri

“Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Qarabağın incisi Şuşaya ziyarəti üçün hazırlıqlarımız davam edir”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında yazıb. “Biz bir millət, iki dövlətik və qardaşlığımız əbədidir”, – deyə səfir bildirib.   

Read More »

Heç bilirsiniz müharibə vaxtı yoldaşım harada idi?

“Mənim həyat yoldaşım qadınlardan ibarət könüllü dəstə yaratdı. Onlar Sisianda təlim keçib sonra Goris səngərlərinə getdilər. Burada düzgün olmayan nə var? Normal görünmək üçün öncədən gözəllik salonunamı getməliydilər? Mən bu fikirləri ona görə deyirəm ki, müharibə dövründə sosial şəbəkələrdə insanlar “Eraton” ların dağınıq qıvrım saçlarını müzakirə edib təhqir edirdilər. Böyükmillet.com xəbər verir ki, Paşinyan müsahibə zamanı bildirib ki, 17-19 oktyabr …

Read More »

Prezident və xanımı akademik Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub. Qeyd edək ki, Ç.Qacar bu gün 92 yaşında vəfat edib.

Read More »

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, hazırda teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır. Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasının hansı münasibətlə olduğu hələ açıqlanmayıb. Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də – Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.

Read More »

Rektor: “ADPU-nun Ağcabədi filialını Şuşaya köçürmək istəyirik”

“Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı zamanında Şuşada fəaliyyət göstərib. Kollektivin çoxu Xankəndində işləyib. Şuşa işğal edildikdən sonra kollektiv qısa müddətlik Gəncədə, sonradan isə Ağcabədidə yerləşib. İstəyirik ki, həmin filialı yenidən Şuşaya köçürək”. Boyukmillet.com xəbər verir ki, bunu universitetin rektoru Cəfər Cəfərov deyib. Onun sözlərinə görə, bununla bağlı Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli …

Read More »

Elə müsabiqə keçirmək istəyirik ki, jurnalistlərin əməyi layiqincə qiymətləndirilsin – MEDİA-nın şöbə müdiri (MÜSAHİBƏ)

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli Trend-ə müsahibəsində Agentliyin jurnalistlər üçün elan etdiyi müsabiqənin yeni şərtlərindən və üstünlüklərindən danışıb. Boyukmillet.com Trend -ə istinadən N.Məmmədli ilə olan müsahibəni təqdim edir: – Bu gün MEDİA elan etdiyi fərdi jurnalist müsabiqəsi bu vaxta qədər elan olunmuş müsabiqələrdən nə ilə fərqlənir? – Jurnalistlərimizin fərdi bilik və bacarıqlarının inkişaf …

Read More »

Fulya Öztürk: İki həmkarımın ölüm xəbəri məni dərindən sarsıtdı

İki həmkarımın, azərbaycanlı jurnalistlərin ölüm xəbəri hamı kimi, məni də dərindən sarsıtdı. Boyukmillet.com xəbər verir ki, bunu türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk bildirib. Erməni vəhşiliyinə qarşı səfərbər olmağın vacibliyini vurğulayan F.Öztürk deyib: “Buradan bütün dünyaya erməni vəhşiliyinin qarşısının alınması üçün səfərbər olmağın vaxtının çoxdan çatdığı mesajını vermək istəyirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, media dünyasına və şəhidlərin ailələrinə …

Read More »

Azərbaycan istehsalı olan aqrodronlar Bakıdakı sərgilərdə nümayiş etdirilib

Bu gün “Bakı Ekspo Mərkəzi”ndə 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgiləri işə başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın …

Read More »

Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Azərbaycana gəlir

Sabah “Bakı Ekspo Mərkəzi”ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2021” ilə əlaqədar Türkiyədən 35 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Onların arasında qonşu ölkənin kənd təsərrüfatı nazirinin müavini də var. Bu barədə “Report”a Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Toğrul Qafarbəyli məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə danışıqlar aparılacaq, o cümlədən …

Read More »