Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin ilk buraxılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılıb. Məktəb muxtar respublikanın hüquqmühafizə …
Read More »Türkiyə səfiri: “Bu savaş Türk Dünyası üçün dönüş nöqtəsidir”
“Türkiyənin Azərbaycandakı səfiri olaraq ilk dəfə Gəncədəyəm”. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib. C. Bağçı deyib ki, bu səhər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşüb, hazırda isə cəbhədə cəsarət göstərə bilməyən Ermənistan Ordusunun müharibənin gedişini dəyişdirmək üçün Gəncədə mülki insanların yaşadığı binalara endirdiyi zərbələrin olduğu yerdədir: “Qarabağ Zəfəri ilə bağlı Prezident İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu …
Read More »Emomali Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb
İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar. Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.
Read More »“AzInTelecom”da yeni təyinat olub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-də informasiya və kommunikasiya texnologiyaları üzrə müşavir vəzifəsinə təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifə Rəşad Xalıqova həvalə edilib. O, 1988-ci ildə Bakıda anadan olub, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2007-2013-cü illərdə Fransanın Franş-Komte Universitetində Kompüter mühəndisliyi üzrə bakalavr və magistr dərəcəsində təhsil alıb. R.Xalıqov Fransada …
Read More »Hacı Nuran: “Tural Zeynalov kimi iş adamlarını qorumalı,onların etdiyi bütün yaxşılıqları xalqa çatdırmalıyıq”
Hacı Nuran: “Tural Zeynalov kimi iş adamlarını qorumalı,onların etdiyi bütün yaxşılıqları xalqa çatdırmalıyıq” Tanınmış ictimai xadim, xeyriyyəçi, tele aparıcı Hacı Nuran bir müddət əvvəl həbs edilən iş adamı Tural Zeynalov haqqında düşüncələrini paylaşıb. Boyukmillet.com Hacı Nuranın paylaşımlarını öz oxucularına təqdim edir .”….” 10.07.2021 … Şəmkirə nə vaxt yolum düşsə Tural Allahverdi oğlu Zeynalova Tural Zeynalov @zeynalov8470 mütləq baş çəkməliyəm … Tural mənim vəfalı …
Read More »Polis rəisinin özünü güllələyərək öldürməsi ilə bağlı cinayət işi açılıb
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam …
Read More »Azərbaycan MN: Ermənistan Gədəbəy istiqamətində atəşkəsi pozub
İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Read More »BMT Təhlükəsizlik Şurası Haitini müzakirə edəcək
BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Haiti prezidentinin öldürülməsindən sonra ölkədəki vəziyyət müzakirə ediləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TASS” dünya təşkilatındakı mənbə bildirib. “Cümə axşamı Haitidəki vəziyyətin müzakirəsi (8 iyul – Red) planlaşdırılır” – deyə, mənbə bildirib. Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz şəxsi iqamətgahında güllənərək öldürülüb.
Read More »Xocalı Polis Şöbəsinə yeni rəis müavini təyin edilib
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub. Boyukmillet.com xəbər verir ki, polis mayoru Rəşad Salahov Xocalı rayon Polis Şöbəsinin rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, R.Salahov daha öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.
Read More »Vulkanın püskürməsi çimərliklərdə fəsadlara yol aça bilərmi? – AÇIQLAMA
“Mən düşünmürəm ki, dünənki vulkanın püskürməsi çimərliklərdə hər hansı bir fəsadlara yol açsın”. Boyukmillet.com-un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttar-zadə deyib.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
