Cümə , 5 Dekabr 2025

Gündəm

“Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyən qüvvələr var” – SƏFİR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünin iştirakı ilə keçirilən görüşdə iki qardaş ölkənin media əməkdaşlığı, informasiya mübadiləsi və gələcək planlar müzakirə olunub. Mətbuatla diplomatiyanın bir araya gəldiyi toplantıda son günlər Türkiyə mediasında Azərbayacana qarşı yer alan qərəzli və yanlış informasiya siyasətilə bağlı fikir mübadiləsi aparılıb, …

Read More »

Gürcüstanda 6 QHT: “Xarici agentlər” reyestrində qeydiyyatdan keçmək məcburiyyətində deyilik

Gürcüstanın 6 QHT-si bildirib ki, avqustun 11-də Korrupsiyaya Qarşı Mübarizə Bürosundan Xarici Agentlərin Qeydiyyatı haqqında Qanunun pozulduğu və həmçinin “xarici qüvvələrin maraqlarını təmsil edən şəxslərin” reyestrində niyə qeydiyyata alınmadıqları ilə bağlı izahat tələb edən növbəti məktub alıblar. QHT nümayəndələri onların müvafiq reyestrdə qeydiyyatdan keçmələrinin tələb olunmadığını təsdiq edən hüquqi sənədləri Korrupsiyaya Qarşı Mübarizə Bürosuna göndərəcəklərini bildiriblər. “Biz öz nizamnaməmiz əsasında …

Read More »

Ermənistan silahlı qüvvələrinin əsirliyində olmuş azərbaycanlı: Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər

Avqustun 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs İdris Mirzəyev 1994-cü ilin aprel ayında Tərtər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Boyukmillet.com xəbər verir ki, İdris Mirzəyev əsirlik zamanı Şuşa həbsxanasında, Ağdərədə, Xankəndidə saxlanıldığını deyib. Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Ağbulaq kəndində (Xocavənd rayonu – red.) donuz və toyuq fermaları tikintisi …

Read More »

Deputat Cavanşir Paşazadənin oğlu Azərbaycanda “Espressolab” şirkəti açır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyata alıb. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına görə, bu, “Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev D1, mənzil 10 ünvanında yerləşir. “Espressolab Az” MMC-nin sayt domeni alınsa da, fəaliyyət istiqaməti açıqlanmayıb. Keçən il həmin …

Read More »

Qalmaqallı generalın qardaşı arvadına qarşı külli miqdarda dələduzluq edilib – ÖZƏL

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı olmuş Nazim Məmmədovun mərhum qardaşının ailə üzvləri külli miqdarda dələduzluqla üzləşiblər. Boyukmillet.com xəbər verir ki, generalın mərhum qardaşı Malik Məmmədovun xanımı aldadılıb. Əvvəlcə xatırladaq ki, Malik Məmmədov da uzun illər FHN-də vəzifə tutub. O, FHN-də Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olub. Malik Məmmədov 2018-ci ildə ürək çatışmazlığından dünyasını …

Read More »

Mehman Əliyev: “Hakimiyyət, ola bilsin ki, medianın sayını azaltmaq fikrindədir”

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) “Media Haqqında” Qanuna edilən yeni dəyişikliklərlə bağlı iyulun 16-da bəyanat yayıb.  Bəyanatda deyilir ki, Azərbaycan parlamenti KİV haqqında qanuna etdiyi dəyilikliklərlə onsuz da ölkədə müstəqil medianın fəaliyyətini mümkünsüz edən qanunun bir az da sərtləşdirilməsinə yol açıb. “Media Haqqında” Qanuna dəyişiklik edilməsi barədə qərar iyulun 14-də Milli Məclis tərəfindən qəbul edilib.  Həmin dəyişikliklər informasiya agentlikləri üçün daha sərt tələblər müəyyən …

Read More »

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının açıq məktubuna cavab verib

İyulun 10-da Rusiya Jurnalistlər İttifaqı “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına açıq məktub ünvanlayıb. Söhbət iyunun 30-da Bakıda saxlanılan “Sputnik Azərbaycan” informasiya agentliyinin rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun həbsindən gedir. Bunu Rusiya Jurnalistlər İttifaqı “özbaşnalıq” kimi dəyərləndirir. “Biz sizə müraciət edərək vəziyyətə təcili müdaxilə etməyə və həmkarlarımızın dərhal azad …

Read More »

16 gündür aclıq edən Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir

Ailəsi və yaxınları onun durumundan narahatdırlar   Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsi iştirakçısı, artıq fəaliyyətini dayandırmış “Gənc Qazilər” İctimai Birliyinin (İB) sədri Hacı Vəliyevin səhhətinin pisləşdiyi bildirilir. Bu barədə onun hüquqlarının müdafiəsi üçün nəzərdə tutulan “Facebook” səhifəsində məlumat verilib. Məlumatda deyilir ki, 16 gündür aclıq edən Vəliyev iyulun 7-də ailə üzvləri ilə telefon danışığında vəziyyətinin pisləşdiyini və mədə ağrılarının şiddətləndiyini deyib. …

Read More »

Araz Ağalarova qarşı Rusiyada maliyyə öhdəliyi ilə bağlı məhkəmə icraatı başlanıb

Ona qarşı icra işinin konkret hansı səbəbdən başlandığı barədə əlavə məlumat verilmir Rusiyanın Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) Azərbaycan əsilli iş adamı, “Crocus Group”un sahibi  Araz Ağalarova qarşı icra işi başladıb. Bu barədə “Gazeta.ru” məlumat yayıb. Bildirilir ki, Moskvanın Presnenski rayon məhkəməsi tərəfindən verilmiş icra sənədi əsasında 26 iyun 2025-ci il tarixində icra prosesi açılıb. Həmin sənəd 7 may 2025-ci ildə məhkəmə …

Read More »

Ali Məhkəmə Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib

Ali Məhkəmə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq vəzifəli şəxslərinin cinayət işləri üzrə qərar verib. Boyukmillet.com-un məlumatına görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə ləğv olunmuş KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin müsadirə olunmuş əmlakları ilə bağlı verilmiş kassasiya şikayəti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Təqsirləndirilən Telman Tahirov barəsində verilmiş …

Read More »