Cümə , 26 Aprel 2024

Gündəm

Natəvan Babayeva vəfat etdi

Tanınmış teleaparıcı Natəvan Babayeva vəfat edib. Boyukmillet.com xəbər verir ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən aparıcı bu gün dünyasını dəyişib. Qeyd edək ki, Natəvan Babayeva Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı idi. AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub. Allah rəhmət etsin!

Read More »

Abıyev işdən çıxmasından danışdı: Müraciət etmişdim

Boyukmillet.com Daşkəsən İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Əhəd Abıyev Gununsesi.info-ya müsahibəsini təqdim edir: – Əhəd müəllim, Prezidentin sərəncamını (işdən azad olunması ilə bağlı – red.) gözləyirdinizmi? – Mən Daşkəsənin tarixində icra başçısı kimi çalışmış ən uzunömürlü şəxsəm. Daşkəsənin keçmişinə nəzər salsanız, görərsiniz ki, əvvəlki icra başçıları 3 ildən artıq işləməyib. Mən isə 13 il işlədim. Bu o deməkdir ki, işimin …

Read More »

Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək. B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, …

Read More »

Millət vəkilindən sensasiya: İH-lər, NK ləğv edilir

Yaxın bir il yarım müddət ərzində (2023-2025) ölkəmizdə dörd seçki dönəmi olmalıdır: 1) Referendum (2023-ün payızı); 2) Mili Məclis (2024-ün noyabrı); 3) Bələdiyyələr (2024-ün dekabrı); 4) Prezident (2025-in apreli). Burada göstərilmiş müddətlər növbəti seçki müddətləridir, amma seçkilərin növbədənkənar olabilmə ehtimalı da yüksəkdir. Boyukmillet.com xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli bildirib. Onun sözlərinə görə, istənilən halda çox qısa bir …

Read More »

Ağdamda insan sümükləri aşkarlandı

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. “İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır”, – məlumatda qeyd edilib.

Read More »

Anası Polad Həşimovun adını daşıyan məkana niyə buraxılmayıb?

Şəhid Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbəsində oğlunun adını daşıyan idman klubunda keçirilən anım mərasiminə buraxılmayıb.  Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərdə şəhid anası özü bildirib.  Onun sözlərinə görə, hər il Polad Həşimovun adını daşıyan idman klubunda anım mərasimi keçirilib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub: “Qızıldaş …

Read More »

Erməni əsilli sürücülərin BQXK maşınları ilə… – Bayramov

İyunun 15-də Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması ilə yanaşı, erməni əsilli sürücülərin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələrində qaçaqmalçılıq məhsullarını Azərbaycana gətirmək səyləri Ermənistan tərəfinin Azərbaycanın suverenliyinə müdaxilə edən cəhdlərdən və qeyri-qanuni fəaliyyətlərdən əl çəkmək niyyətinin olmadığını göstərir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç …

Read More »

Təhsil nazirinin qalmaqal yaradan çıxışı

Elm və təhsil naziri Emin Əmrullayevin bir neçə gün öncə çıxışı zamanı Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizinin oxuduğunu başa düşmədiyi, yəni əsas məqsədin nə olduğunu anlamadığı haqqında səsləndirdiyi fikirlər cəmiyyətdə tənqidlər doğurub. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Universitetləri” səhifəsi nazirin sözügedən çıxışını yenidən paylaşıb. Çıxışdan görünür ki, nazirin sözləri doğrudan da kontekstdən çıxarılıb. Belə ki, nazir təəssüf hissi …

Read More »

Bakının ən bahalı mənzilləri bu ərazilərdə satılır – 30 milyon manata…

Hazırda Bakıda bahalı mənzillərin sayı kifayət qədərdir. Təqribən 1.8-2.5 milyon manata mənzillər var. Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, həmin mənzillər əsasən şəhərin mərkəzində, mərkəzə yaxın ərazilərdə yerləşir. “Elə ərazilər var ki, orada təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti 8 min manatdır. Elə evlər var ki, smart sistemlə inşa olunub və yüksək standartlarla təmir olunub …

Read More »

“Diyarbəkirspor”un yeni loqosu müzakirə yaratdı – Ermənistanın gerbinə bənzədilib

Türkiyə Futbol Federasiyasının 2. Liqa komandası “Diyarbəkirspor”un yen adı və loqosu böyük müzakirələrə səbəb olub. Boyukmillet.com xəbər verir ki, adını “Mesopotamiya İdman Fəaliyyətləri” olaraq dəyişdirməyə hazırlaşan klubun yeni loqosunun Ermənistan gerbinə bənzəməsi diqqətdən yayınmayıb. Klubun yeni loqosu sosial şəbəkələrin Türkiyə seqmentində birmənalı qarşılanmayıb və insanların narazılığına səbəb olub. “Diyarbəkirspor” rəhbərliyi yaxın günlərdə mövzu ilə bağlı rəsmi açıqlama verəcəklərini bildiriblər. Qeyd …

Read More »