Azərbaycan Respublikası Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazıb. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur. İşdən ayrılanlardan biri – Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavini vəzifəsində çalışıb. A. Məhərrəmov 2008-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub. Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun …
Read More »Tanınmış vəkil məhkəmə zalında həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə R.Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli …
Read More »Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 595, bu günə qədər isə …
Read More »Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi
Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb. O bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsində oğlunun ölkədən çıxışına icazə verilməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib. Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.
Read More »Bakıda politoloq rüşvətdə ittiham edilir – FOTO
Sabunçu rayon Bakıxanov bələdiyyəsinin sədr müavini Orxan Daşdəmirli barəsində cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, bundan sonra O.Daşdəmirli sədr müavini vəzifəsindən öz ərizəsi ilə çıxıb. Rüşvətvermə ittihamı ilə bağlı cinayət işinin ibtidai istintaqı başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azər Paşayevin icraatında baxılacaq. Hazırlıq iclası martın 18-də keçiriləcək. İş üzrə digər təqsirləndirilən şəxs Babayev İlkin Əbülfəz oğludur. …
Read More »PA-nın şöbə müdiri: “Dialoqdan boyun qaçıranlar hansısa dairələrin çirkin maraqlarına xidmət edirlər”
“Prezident İlham Əliyevin apardığı siyasi islahatlar nəticəsində ölkədə sağlam iqtidar-müxalifət münasibətləri qurulub”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyib. O, bu münasibətlərdə dövlətçilik maraqlarının bütün digər maraqlardan üstün tutulduğunu, sağlam tənqid və qarşılıqlı hörmətlə xarakterizə …
Read More »Paşinyan ordunu parçaladı: Qarabağ klanını indi yalnız vətəndaş müharibəsi xilas edə bilər
Ermənistanda hakimiyyət uğrunda mübarizə artıq hərbi-siyasi böhrana çevrilib; Qarabağ klanına bağlı erməni generalitetinin müqavimət israrı parçalanmış ordunun iştirakı ilə silahlı toqquşmalara yol aça bilər… Ermənistanda siyasi böhran dərinləşir. Sön günlər bu qarşıdurma artıq öz məzmun və keyfiyyətini ciddi şəkildə dəyişməyə başlayıb. Və siyasi qarşıdurma tədricən hərbi faktorlarla yüklənməyə başlayıb. Ona görə də, hazırda Ermənistanda baş verənləri müəyyən mənada hərbi-siyasi böhran …
Read More »Bakıda dəhşətli intiharın pərdəarxası: Biri digərini xilas etmək istəyərkən yıxılıb?
Bakıda dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri – Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir. “Qafqazinfo”nun əməkdaşları bu gün Ə.Səmədovanın ailəsinin Qobu qəsəbəsində yerləşən evində olublar. Ailə üzvləri bu gün 17 yaşlı Əfruzu dəfn etməyə hazırlaşırlar, buna görə də onlar hadisə barədə ətraflı danışmağa hazır olmadıqlarını bildiriblər. Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib …
Read More »İrandan Azərbaycana qarşı növbəti düşmənçilik : erməni səfirlə görüşən Müctəba Zönnuri həyasızcasına “Qarabağda terrorçular var” yalanını təkrarlayır
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan regional iqtisadi əməkdaşlığın bərpasına sanksiyalar altında əzilən İranı cəlb etməyə çalışsa da, rəsmi Tehran Ermənistana dəstək siyasətindən əl çəkmək istəmir. Daha doğrusu, bu siyasət iki ölkə arasında bərabərhüququlu əməkdaşlıq deyil, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik məqsədi daşıyır. Bu münasibəti Azərbaycanın öz ərazisini işğaldan azad etməsindən sonra İran rəsmilərinin dilindən az qala hər gün verilən …
Read More »Naxçıvanın sabiq daxili işlər naziri həbs edilib
Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib. Boyukmillet.com unikal.org-a istinadən xəbər verir ki, Ə. Əhmədov mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib. Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz …
Read More »