Şənbə , 18 May 2024
Drone Cameras

Rusiya Qaragöl olayına müdaxilə edir – Təxribat ola bilər

Nikol Paşinyan sərhəd məsələsi ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəsmi şəkildə müraciət etdi. Müraciətin Putinlə telefon söhbətindən sonra edilməsi xüsusilə diqqət çəkir.
İrəvan və Moskva arasındakı telefon trafiki ilə bağlı rəsmi informasiyalarda Rusiyanın ehtiyatlı mövqe tutduğu müşahidə olunur. Moskva Bakı ilə münasibətləri birbaşa kəskinləşdirməkdə maraqlı deyil, lakin Putin-Paşinyan danışığından sonra Ermənistanın KTMT-yə müraciət etməsi Rusiyanın razılığının olması, ən azından məsələdə maraqlı olması deməkdir. Paşinyanın rəsmi müraciət etməməsinin səbəbi də öncə Putinlə məsləhətləşmək idi.Burada diqqətçəkən əsas məqam Ermənistanın müraciətinin KTMT Nizamnaməsinin 2-ci maddəsi üzrə edilməsidir. Bu maddəyə görə, təşkilata üzv ölkənin ərazisinə “hücum təhdidi” var. Lakin bu maddə ilə müraciət İrəvanın (həm də KTMT-ni prosesə cəlb etmək istəyənlərin) istəyinə tam nail olması üçün yetərli görünmür. KTMT-nin təxirəsalınmaz formada müdaxiləsi üçün 4-cü maddəyə – “dövlətə hücum” – ehtiyac var. Bu amil sərhəddə təxribat risklərini ön plana çıxarır.Ermənistanın KTMT Nizamnaməsinin 4-cü maddəsini aktivləşdirmək üçün gərginliyin yaşandığı sərhəd bölgəsində silahlı təxribat törədəcəyi, Azərbaycanı qarşıdurmaya təhrik edəcəyi ehtimalı böyükdür.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …