Şənbə , 18 May 2024
Drone Cameras

Fransızlar Makronu lağa qoydu: Azərbaycana ağıl öyrətmə!

Fransa Prezidenti Emmanuel Makronun Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla telefon danışığı zamanı Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxarması ilə bağlı çağırışı fransız oxucular tərəfindən tənqidlə qarşılanıb.

Boyukmillet.com xəbər verir ki, Fransanın “Fiqaro” nəşrində dərc olunan məqaləyə çoxsaylı şərhlərində oxucular Makronu öz ölkəsinin işləri ilə məşğul olmağa çağrıblar.

“Beynəlxalq arenaya çıxmaq üçün əvvəlcə öz ölkəndə inam qazanmalısan, yoxsa bu, beynəlxalq ictimaiyyətin gülüşünə səbəb olur”, – oxucular yazıb.

“Fiqaro”nun tirajladığı oxucu reaksiyalarından bir neçəsi:

“Fransa olduqca uzaqdır. Makron Ermənistanı müdafiə etməsi üçün Rusiyadan xahiş etməlidir”.

“Əgər insan öz ölkəsinin sakinlərinin təhlükəsizliyini təmin edə bilmirsə, o, başqa ölkələrin işlərinə qarışmamalıdır. Bu, həqiqətən qeyri-etik görünür”.

“Makron şəhərətrafı rayonlarda narkotacirlərlə bacara bilmir, amma Azərbaycan xalqına ağıl öyrədir”. 

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …