“Hər şey aydındır və birmənalıdır, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır. Hər kəs bunu anlamalı, heç kim unutmamalıdır”. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hülusi Akar Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərlə görüşü zamanı deyib. O, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədərimiz kədərimizdir” deyimini yada salıb və Heydər Əliyevin “Biz bir millət, …
Read More »Vətəndaşları saxta yolla icazə portalından keçirən MMC rəhbəri saxlanılıb
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir. Bu barədə DİN Mətbuat xidmətindən məlumat verilib. Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan …
Read More »Ermənistandan əsirlikdən qayıdan Amin Musayev evə buraxılıb
Erməni əsirliyindən azad olunan Azərbaycan Ordusunun hərbçisi Amin Musayev xəstəxanadan evə buraxılıb. Boyukmillet.com-un məlumatına görə, onun səhhətinin normal olduğu bildirilir. Qeyd edək ki, A.Musayev Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsi zamanı yaralı vəziyyətdə erməni silahlı bölmələri tərəfindən əsir götürülmüşdü.
Read More »Azərbaycanda daha 1 052 nəfər koronavirusa yoluxub, 4 067 nəfər sağalıb
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4 067 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 34 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir. Son sutka ərzində …
Read More »İngiltərə də Dağlıq Qarabağdan öz dərsini aldı – “Guardian”
İngiltərənin Azərbaycanın Dağlıq Qarabağda Ermənistan üzərində qazandığı qələbədən sonra yeni pilotsuz uçan aparatlarının (PUA) istehsal proqramına başlaması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bu barədə ingilis nəşri “Guardian” məlumat verib. Nəşrin məlumatına görə, ölkənin hərbi komandanlığı Azərbaycanın 6 həftəlik müharibədə türk PUA-larından istifadəsinin ermənilərin məğlub olunmasında və Ermənistanın işğalı altındakı əraziləri azad etməsində əhəmiyyətli rol oynadığını müzakirə edir. Müdafiə Nazirliyinin pilotsuz …
Read More »Daha bir ölkə Rusiyanı müharibəyə təhrik edir
ABŞ-ın təzyiqi altında Norveç Rusiyanı Arktika uğrunda müharibəyə təhrik edir. Boyukmillet.com xəbər verir ki, bunu NRK nəşrinin baş redaktoru Arne Holm deyib. Onun sözlərinə görə, Vaşinqton Norveçin müdafiə və təhlükəsizlik sahəsində siyasətini idarə edir. O, ABŞ-ın Norveçdə radiolokasiya stansiyası tikdiyini, limanlar və aerodromları təkmilləşdirdiyini bildirib: “Bütün bundan Rusiyanı konfliktə təhrik edir. Amerikalı siyasətçilərin fikrincə, dünya elitası Arktika ərazisinin bölünməsinə hədəflənib. …
Read More »Azərbaycanda bu tarixdə “Sədərək”, “Binə” ticarət mərkəzləri və “Mall”ar açılacaq
Azərbaycanda yoluxanların sayında kəskin azalma müşahidə olunur. Belə ki, yoluxma sayı 4000-dən 1000 düşüb. Qeyd edək ki, dekabrın 29-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, 37 nəfər vəfat edib. Bundan əlavə Azərbaycanda yanvarın əvvəlindən vaksinasiyaya başlanılması gözlənilir. Vaksinasiyadan sonra virusun zəifləyəcəyi və gündəlik yoluxanların …
Read More »Karantin postundan kənar yollarla keçmək istəyən sürücülər həbs edildi
Dekabrın 29-u saat 15 radələrində Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş xüsusi karantin postunda Quba rayonu istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil saxlanılıb. Araşdırmalar zamanı sürücü Nəsimi Əliyevin müvafiq icazəsi olmadığından avtomobil Bakı şəhəri istiqamətinə geri qaytarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Lakin sonradan müşahidə kameraları vasitəsilə həmin avtomobilin Quba rayonundan Bakı şəhəri istiqamətində hərəkət etməsi aşkar …
Read More »Ermənistanda daha bir deputat Paşinyanın parlament fraksiyasını tərk etdi
Ermənistan parlamentinin deputatı Anna Qriqoryan “Mənim addımım” fraksiyasını tərk edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, özünün feysbukdakı səhifəsində bildirib. Deputat buna baxmayaraq, mandatından imtina etməyib. “Əziz həmvətənlər, sizin tərəfinizdən mənə verilən mandatı saxlamaq, amma “Mənim addımım” fraksiyasından çıxmaq barədə qərar qəbul etdim. Bizim ölkəmiz üçün bu ağır və tarixi anda, hər hansı siyasi güc qarşısında əl-qolu bağlı olmadan …
Read More »Ermənilər əsir götürdüyü Azərbaycan hərbçisinin meyitini yandırıb
Əsir götülmüş Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində videolar yayılıb. Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, həmin görüntülərdə əsir götürülmüş Azərbaycan hərbçisinin cəsədi üzərinə yandırıcı maye tökülməklə od vurulduğu nümayiş olunur: “Yayılan materiallardan aydın görünür ki, Ermənistan tərəfi azərbaycanlı hərbçinin cəsədini yandıraraq qeyri-insani formada təhqir etməklə iştirakçısı olduğu …
Read More »