Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

“Pfizer” peyvəndi vurulan 78 nəfər koronavirusa yoluxdu

İspaniyanın Laqartera şəhərinin qocalar evində koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Boyukmillet.com Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, burada yaşayan 78 nəfərin hamısı xəstələnib. Maraqlısı isə odur ki, yaşlıların hamısı “Pfizer” peyvəndi vurulduqdan sonra virusa yoluxublar. Onlardan yeddisi artıq vəfat edib.  

Məlumatda bildirilir ki, qocalar evinin sakinləri yanvarın 13-də vaksinasiya olunublar.

İlk günlərdə 9 nəfərdə koronavirus əlamətləri aşkar olunub. Sonradan xəstəlik tədricən müəssisənin bütün sakinlərinə keçib.

Hazırda dörd nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.   

Check Also

Elmar Məmmədyarovun bağı ilə bağlı QALMAQAL

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0.24 hektarlıq bağ sahəsilə əlaqədar qalmaqal yaranıb. …