Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək

Türkiyə hərbçiləri dekabrın 10-da Bakıda keçirilməsi nəzərdə tutulan Vətən müharibəsində Qələbəyə həsr olunan paradda iştirak etmək üçün Bakıya gəlib. Boyukmillet.com  xəbər verir ki, onlar dekabrın 8-də paytaxt küçələrində məşq ediblər. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Qələbə paradında iştirak edəcək.

Read More »

Türkiyə və Azərbaycan prezidentləri Monitorinq Mərkəzini müzakirə edəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin qurulmasını müzakirə edəcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb. Qeyd olunub ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər, habelə Qarabağdakı son vəziyyət də müzakirə olunacaq.

Read More »

Ermənilər Rusiyanın cənubunda yeni “Qarabağ” yaradırlar

Ermənilər, sadəcə, Ermənistanla həmsərhəd olan dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etmirlər. Onlar indi gözlərini Rusiyanın cənubuna tikiblər. Rusiyanın Rostov vilayətindəki Myasnikov rayonunu ermənilər “doğma, əzəli” hesab edirlər. Rostov şəhərinə bitşik olan bu rayonun sakinlərinin 56,1 faizi ermənilərdir. Buradakı Çaltır, Krım, Bolşie Salı, Sultan Salı, Nesvetay və s. kəndlərində yaşayan ermənilər həmin yaşayış məntəqələrini öz “tarixi əraziləri” hesab edirlər. Rayonun girəcəyində, …

Read More »

Ermənistanda itkin düşən hərbçilərin valideynləri aksiya keçirib

İtkin düşən hərbçilərin valideynləri Ermənistanın Eçmiadzin rayonundakı hərbi hissənin qarşısında etiraz aksiyası keçiriblər. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb. Bildirilib ki, Azərbaycanın işğaldan azad edilən Zəngilan rayonunda gedən döyüşlər nəticəsində bu hissənin 60 hərbçisindən 34-ü itkin düşüb. Valideynlərdən biri deyib ki, onlara dekabrın 1-də 3 gündən sonra məlumat olacağını bildirsələr də heç bir xəbər yoxdur: “Onlarla əlaqəmizin kəsilməsindən …

Read More »

Sumqayıtda reyd keçirilib, maska taxmayanlar cərimələnib

Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hər gün keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin …

Read More »

Türkiyə PKK-nı bitirir – Terror təşkilatına unudulmaz zərbə

Təhlükəsizlik qüvvələrinin “sona çatan terrorizm” strategiyası ilə PKK-nın ölkə daxilindəki hərəkət bölgələri ciddi şəkildə məhdudlaşdırılıb. Son üç ildə həyata keçirilən müvəffəqiyyətli əməliyyatlarla 809 terrorçu zərərsizləşdirilib, təşkilatın 832 üzvü təslim olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Məlumatda PKK terror təşkilatını birdəfəlik sıradan çıxarmaq üçün yeni dövrün başladığı bildirilib. Bu istiqamətdə terrorizmlə mübarizə üçün kritik bölgələrdə təhlükəsizlik …

Read More »

Lənkəranda qapalı zalda futbol oyunu təşkil edənlər cərimələndi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin rejiminin qaydalarını kobud şəkildə pozaraq rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib. Həmin şəxslər Lənkəran ŞRPŞ-yə gətirilib və …

Read More »

Zərdabda COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Xəbər verildiyi kimi, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir. Zərdab rayon prokurorluğundan verilən məlumata görə, Zərdab rayon sakini 1962-ci il təvəllüdlü Hüseynov Telman Əli oğlunun “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl …

Read More »

Bu gün Ermənistanda vətəndaş itaətsizliyi aksiyası keçiriləcək

Ermənistanda parlamentdənkənar 16 siyasi partiya bu gün saat 12.00-dan vətəndaş itaətsizliyi aksiyasına başlayır. Boyukmillet.com  xəbər verir ki, məlumatı “Joxovurd” yayıb. Bildirilib ki, həmin təşkilatlar Ermənistanın baş naziri Nikol Paşinyana istefa verməsi üçün dekabrın 8-i saat 12:00-dək möhlət verib. Ancaq müxalifət hesab edir ki, N.Paşinyan onların irəli sürdüyü ultimatumu qəbul etməyəcək. Ona görə də həmin siyasi qüvvələrə Ermənistanı iflic vəziyyətinə salmağı planlaşdırıblar. Onlar saat …

Read More »

Səhiyyə Nazirliyi evlərə çağırılan təcili yardımın gecikməsinə aydınlıq gətirib

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib. Boyukmillet.com-un xəbərinə görə, o, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib. O qeyd edib ki, bu məqsədlər üçün təcili …

Read More »