Türkiyənin “TRT Haber” kanalı Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Tərtərdə törətdiyi dağıntılar barədə videoreportaj hazırlayıb. Boyukmillet.com xəbər verir ki, çəkilişlər dron vasitəsilə aparılıb. Həmin videoreportajı təqdim edirik.
Read More »Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun meyitinin mübadiləsi həyata keçirilib
Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin meyitinin toplanılması həyata keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid …
Read More »Naxçıvanda şəhidlər ehtiramla qarşılanıb-FOTO
Sentyabrın 27-də ordumuz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və Azərbaycan 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da böyük qələbə qazanmışdır. Bu tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli milli ordumuzun şücaəti nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparmışlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham …
Read More »Cəbrayıldan yeni görüntülər: Dağıntı, vəhşilik, geri dönməyəcəklərinə əminlik… – VİDEO
Xəbər verdiyimiz kimi, rəşadətli Azərbaycan ordusu keçirdiyi əks-həmlə əməliyyatı ilə bir sıra əraziləri işğaldan azad edib. Baku TV uzun illər sürən düşmən tapdağından sonra Cəbrayılda çəkilmiş görüntüləri yayımlayıb. Ermənistanın qanunsuz yerləşdirməsinin bariz nümunəsi olan kadrlardan aydın olur ki, buraya mülki sakinlər köçürülüb. Lakin Azərbaycan ordusunun qalib gələcəyindən şübhə duymayan düşmən ölkənin vətəndaşları əməliyyatlar zamanı buranı tərk ediblər. Görüntülərdən o da …
Read More »Türkiyədən koronavirusla bağlı ümidverici xəbər: “Yaxında maska həyatımızdan çıxacaq” – FOTO
Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, yaxın zamanlarda maska həyatımızdan çıxacaq. Bu barədə “Twitter” hesabında yazan türkiyəli nazir qeyd edib: “Azad nəfəs alacağımız günlərdən ötrü darıxırıq. Yaxın zamanlarda maska həyatımızdan çıxacaq. COVID-19 peyvəndinin hazırlıqlarında böyük irəliləyişlər var. Nəticəni gözləyək. Evimizdən kənarda, başqaları ilə olduğumuz hər yerdə maskamızı qaydalara uyğun şəkildə taxaq. Səbriniz üçün sağ olun”. O, Ülkü Tamerin şeirindən …
Read More »BBC Kəlbəcərdən reportaj hazırlayıb: ermənilər hətta pəncərə çərçivələrini, unitazları belə söküb özləri ilə aparırlar
Azərbaycan Prezidenti İlham Əliyev hərbi sahədəki uğurları məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olub. Noyabrın 10-u imzalanan üçtərəfli bəyanata əsasən, Ermənistan öz üzərinə öhdəlik götürüb ki, qarşıdan gələn günlərdə Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxacaq. Nəticə etibarilə, qarşıdan gələn qış müvsümündə qan tökülmədən, şəhid verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya sülhməramlılarının əraziyə gəlməsi …
Read More »Fəxrəddin Abbasov həbsxanada İNTİHAR ETDİ
Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib. Qafqazinfo-nun verdiyi xəbərə görə, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb. F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə ittiham olunaraq, 16 il müddətinə azadlıqdan məhrum edilib. F.Abbasov 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona …
Read More »İrəvan yeni “iştaha” düşür: Bakı izn verməyəcək
Məğlubiyyətin gətirdiyi çarəsizlik və bədbinliyi aradan qaldırmaq üçün Ermənistan mediası son günlərdə müxtəlif dezinformasiyalar yaymağa davam edir. Bu mövzulardan biri də guya bu yaxınlarda yenidən bərpa ediləcək İrəvan–Xankəndi uçuşlarıdır. Erməni media qurumlarına danışan Ermənistan Mülki Aviasiya Komitəsinin keçmiş rəhbəri Artyom Movsesyananın sözlərinə görə, bu uçuşlar aviasiya nöqteyi-nəzərindən faktiki olaraq mümkündür. Başqa bir erməni ekspert Dmitri Adbasyan isə məsələyə siyasi yöndən …
Read More »“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr – 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib. Nazirlikdən verilən məlumata görə, mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, …
Read More »Vahid Əhmədov: “Polad Bülbüloğlu kimilər özləri istefa verməlidirlər”
“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvəz edir”. Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O bildirib ki, belə insaNlar artıq Azərbaycan siyasətində qala bilməzlər: “Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar