Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi meyvə bağlarının yaradılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Boyukmillet.com xəbər verir ki, tenderin qalibi “Parlar Ting A.T” MMC-dir. Qalib şirkətə 2 233,5 min manat ödəniləcək.
Read More »Gömrük modernləşdirilməsi layihəsi ilə bağlı onlayn iclas keçirilib
Sentyabrın 21-də Koreya Gömrük İdarəsinin Gömrük modernləşdirilməsi – məsləhətləşmə layihəsi ilə bağlı onlayn iclas keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Tədbirdə Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Koreya Gömrük İdarəsi Yeni Texnologiyalar və Qlobal Layihələr departamentlərinin informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətçiləri, eləcə də …
Read More »BQXK nümayəndəsinə cəbhədəki vəziyyətlə bağlı məlumat verilib
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Arian Baueri və nümayəndəliyin rəhbəri vəzifəsində fəaliyyəti başa çatan xanım Elena Aymone Sessera ilə görüşüb. Komitədən Open.az-a verilən məlumata görə, R.Rzayev Arian Baueri yeni təyinatı münasibəti ilə təbrik edib. Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi …
Read More »14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlərlə təmin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa etdirilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Naftalanda keçirilən evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov və digərləri iştirak edib. Tədbirdə Prezident İlham …
Read More »İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda videoformatda çıxış edib
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib. İclasda ümumilikdə 182 ölkənin dövlət və hökümət başçısı videoformatda çıxış edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət …
Read More »Azərbaycan Prezidentinin fikirləri təkcə Ermənistana yox, həm də dünyaya mesajdır
Newscenter.az.21.09.2020. Ölkə Prezidentinin Bakı Dərin Özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli telekanallara verdiyi geniş müsahibə sıradan bir müsahibə və ya ənənəvi açıqlama deyil. Biz bu çıxışı birmənalı şəkildə tarixi çıxış, tarixi hadisə kimi qiymətləndirməliyik. Dövlətimizin bu günü üçün və gələcək nəsillər üçün strateji proqram, “yol xəritəsi” anlamı kəsb edən bu müsahibədə ölkə başçısı bölgədə və …
Read More »Səbail rayonunda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi …
Read More »Kamran Həsənli: “Space” təkcə Azərbaycan xalqı üçün yox, televiziya tariximiz üçün qara ləkədir”
“Bu düşüncəylə yaşayıb, pul qazanmalıyam. Korrupsiya bilmirəm, oğurluğu bacarmıram. Bizim televiziyanın konseptində istədiyin verilişi edə bilməzsən. Son 5 ildə televiziyamız elə hala düşüb ki, oradan qaçmaq lazımdır və mən də qaçdım. Bizə atalar öyrədib ki, ər arvadından danışmaz, giley etməz. Bu bizim mənəvi, ənənəvi onurğa sütunumuzdur. Bunu dağıdan millətin düşmənidir. Deyirlər, həyətdə arvadı çağıranda adını belə çəkmə. Dostlar yanında oturanda …
Read More »Qubanın bu kəndində polis postlar qurub – Kənddə naməlum şəxslər…
Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub Boyukmillet.com-un məlumatına görə, Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar. Yanğından zərər çəkmiş şəxslər aşağıdakılardır: İslam Vəzirov, Hamza Çaxalov, İsmixan Qədirov və Maxsud Abasov.– Advertisement – Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi …
Read More »“Sən Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən?…” – İlham Əliyev
“Ermənistan regional sabitlik üçün təhdiddir. Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir”. Boyukmillet.com xəbər verir ki,bu fikirləri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalara müsahibəsində bildirib. Prezident Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddialarını gülünc adlandırıb: “Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar