İyulun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu dəfn edilib. Boyukmillet.com xəbər verir ki, şəhid doğulduğu Ağstafa rayonunun Kolxəlfəli kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, iyulun 16-da …
Read More »Ordumuzdan düşmənə daha bir zərbə – Ermənistana məxsus PUA məhv edildi
İyulun 16-sı səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.
Read More »SABİR RÜSTƏMXANLININ SON OLAYLARLA BAĞLI MÜRACİƏTİ
Düşmən bölmələrindən birinin səhra idarəetmə məntəqəsi məhv edildi – VİDEO
Düşmənə qarşı görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Bu barədə Turkustan.info-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »Naxçıvan istiqamətində düşmənin hərbi nəqliyyat vasitəsi məhv edilib – VİDEO
Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması halları müşahidə olunur. Belə ki, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini …
Read More »“Beş aydır evə gəlmirdi, gəlişi belə oldu” – VİDEO
Ötən gün Tovuz istiqamətində döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Sərmayə Həşimova oğlundan danışıb. Boyukmillet.com “Qafqazinfo”ya istinadən xəbər verirr ki, dəfndən sonra jurnalistlərə açıqlama verən S.Həşimova oğlunun qeyrətli bir general olduğunu deyib: “Həmişə Vətən dərdi çəkirdi. Beş aydır ki, evə gəlmirdi. Deyirdi virus qurtarsın, gələcək. Gəlişi belə oldu. Deyirdi əsgərlər də mənim balalarımdır, onları orada qoyub gələ bilmir”.
Read More »Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb
“Ermənistan ötən gün Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman xatırladıb ki, həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub: “Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz bunu müşahidə edirik”. S.Əliyeva qeyd edib …
Read More »Deputat: ”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq”
“Biz kəndlərimizdən bir addım belə kənara gedə bilmərik”. Boyukmillet.com xəbər verir ki, bunu hazırda Tovuzda olan Millət vəkili Qənirə Paşayeva jurnalistlərə açıqlamasında deyib. Deputat insanarı dezinformasiyalara inanmamağa çağırıb: ”Dezinformasiyalara qarşı mübarizə aparmalıyıq. Məlumat yayırlar ki, Tovuzda sakinlər evlərini tərk edirlər. Bunlar yalandır, kimsə heç yeri tərk etməyib. Xalqımız ordumuza, dövlətimizə inanır. Bu gün hamımızın birlik olması lazımdır. Dezinformasiyaların yayılmasına icazə …
Read More »Yaralanan əsgərlər: “Döyüş yoldaşlarımızın yanına qayıtmaq istəyirik”
Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən düşmən təxribatı nəticəsində şəhid olanlarla yanaşı yaralananlar da var. Boyukmillet.com xəbər verir ki, “Real” TV yaralı hərbçilərimizin vəziyyəti ilə maraqlanmaq üçün onların müalicə olunduğu hospitala baş çəkib. Tibb Baş İdarənin rəisi Elxan İbrahimov, Tibb Xidməti Polkovniki, Hospitalın aparıcı cərrahı Roman Çobanov hərbçilərimizin vəziyyəti barədə məlumat veriblər. Hərbçilərimiz isə düşmən təxribatının onların əzmini qıra …
Read More »Şəhid gizirimiz Yaşar Babayev son mənzilə yola salınıb
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu ötən gün doğulduğu kənddə torpağa tapşırılıb. Boyukmillet.com xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər. Şəhidimizin məzarı üstünə tər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar