Şənbə , 7 Noyabr 2026

Gündəm

Azərbaycanın hərbi qulluqçusu koronavirus infeksiyasından vəfat edib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus (COVİD-19) infeksiyasından vəfat edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.  “Təəssüflər olsun ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, dünyasını dəyişib. Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı …

Read More »

Kəmaləddin Heydərovun oğlu, Misir Mərdanovun qızı… – Onlar dövlətdən niyə yardım alıb? + SƏNƏD

Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib. Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında indiki və sabiq məmurların ailə üzvləri də var. Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan sahibkarlardan biri sabiq Təhsil naziri Misir Mərdanovun qızı …

Read More »

DYP-nin saxta sübut əsasında yazdığı 60 manat cərimə və 3 bal – Məşhur 104-cü otaq yenə öz işindədir…

Tanınmış jurnalist Məhəmmədəli Qəribli DYP-nin qanunsuz hərəkəti ilə bağlı sosial şəbəkələrdə geniş yazı ilə çıxış edib. Jurnalistin yazısını olduğu kimi təqdim edirik:  “Hüququn aliliyinin təmin olunması həm də vətəndaşa olan nümunəvi xidmətdən keçir. Çox təəssüflər olsun ki, artıq neçənci dəfədir ki, DYP-nin şəxsimə olan münasibətində bunu hiss etmirəm. Başqaları kimi bu məsələdə qərəz, hansısa sifariş motivləri axtarmaqdan uzağam. Amma rastlaşdığım faktlar …

Read More »

Cavanşir Feyziyevin işğalçı Ermənistana dair məqaləsi Avropanın nüfuzlu nəşrində

“Müharibə təhlükəsi həmişəkindən daha yaxındadır” – C.Feyziyev Avropa Ittifaqının “New Europe” jurnalında və eyniadlı saytında Aİ-Azərbaycan Parliament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyevin “Ermənistanın təcavüzü Cənubi Qafqaz üçün uzunmüddətli ağır nəticələrə səbəb olacaq” adlı məqaləsi dərc olunub.Turkustan.info xəbər verir k, Avropa İttifaqının əsas siyasi-analitik jurnalı kimi nəşr olunan New Europe (Yeni Avropa) jurnalı Avropa siyasətçilərinin dünyada baş verən hadisələrə münasibətini …

Read More »

Osmanın qızını ideallaşdıranlar və bütləşdirənlər, buyurun, bu da erməni maraqlarına xidmət edən sizin sevimli, əziz Sevinc Osmanqızınız…

Azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi, hücumlar təşkil etdiyi bir vaxtda adı və soyadı azərbaycanlı olan jurnalist Sevinc Osmanqızı rəsmi Bakını təxribat törətməkdə ittiham edən, xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri “vətənşüvən” adlandıran və düşməni müdafiə edən fikirlər səsləndirir. Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya bu gün xarici ölkələrdə ermənilərlə …

Read More »

Erməni milyarder Moskvada azərbaycanlılara dəyən zərəri ödəyəcək: “Utanıram…”

Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var. Rusiyada, RESO sığorta qrupunun ortağı olan, erməni əsilli milyarder Sergey Sarkisov Azərbaycan və erməni diasporlarının nümayəndələrindən Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda Moskvadakı iğtişaşlara son qoyulması üçün  kömək istəyib. Turkustan.info bildirir ki, müraciət Sarkisovlar ailəsi və “Ermənilər Assambleyası” adından yayımlanıb. Sarkisov o cümlədən,  qeyd edib ki, “öz millətçiliyinin barbar təzahürünü ortaya …

Read More »

Sevinc Osmanqızıdan ermənilərə dəstək

Ermənistan silahlı qüvvələrinin son günlər cəbhədə və Azərbaycanla sərhəddə gərginliyi daha da artırdığı, təxribatlar törətdiyi, ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. Boyukmillet.com xəbər verir ki, soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına qarşı “sivil” mübarizə aparmağa çağıran Sevinc Osmanqızı sözün həqiqi və məcazi …

Read More »

Moskvada Azərbaycan kafesinə hücum edildi

Naməlum adamlar Rusiyanın paytaxtı Moskvanın qərbindəki Mosfilmsk küçəsində Azərbaycan mətbəxi kafesinin vitrinlərini sındırıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib. Qeyd edilir ki, hadisəni törədən şəxslər sonra gizləniblər. “Hadisə Mosfilmovsk küçəsində oldu. Naməlum adamlar Azərbaycan mətbəxi kafesinin vitrininə bir neçə daş atdılar, sonra avtomobillərdə hadisə yerindən uzaqlaşaraq gizləndilər”, – agentliyin həmsöhbəti deyib. Mənbə əlavə edib ki, …

Read More »

Təhqirə dözməyən Azərbaycanlı qız erməni maşınını əzib keçdi – ŞOK VİDEO

Hadisə Gürcüstanda baş verib. Boyukmillet.com-un  məlumatına görə, hər şey erməni sürücünün maşını doğru park etməməsi ilə başladı. Onun bu hərəkəti ilə xanım sürücümüz maşını park etdiyi yerdən çıxara bilmir. Sürücümüz öz etirazını bildirsə də, erməni sürücü buna məhəl qoymur və xanımı təhqir edib, fiziki zorakılıq göstərir. Xanım sürücümüz isə maşını ilə erməni maşınının üstündən keçib, yoluna davam edir.

Read More »