Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib

İyulun 4-də Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 18-ci ildönümünə həsr edilmiş beynəlxalq videokonfrans keçirilib. Dövlət Komitəsinin sədri Fuad Muradovun və Milli Məclisin üzvü, akademik Rafael Hüseynovun moderatorluğu ilə təşkil edilən virtual tədbirdə xaricdə və ölkəmizdə yaşayan tanınmış elm, mədəniyyət xadimləri, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan evlərinin, həftəsonu Azərbaycan məktəblərinin rəhbərləri, diaspor nümayəndələri iştirak edib. Tədbir dünyada …

Read More »

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verib. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni …

Read More »

Məşhur iş adamının medianı təhqir edən oğlu saxlanıldı

“Fairmont Baku” otelində Medianı təhqir edən gənc saxlanılıb. Bu barədə jurnalist Mahir Məmmədli məlumat verib. M.Məmmədli yazıb: “Bu gün “Fairmont Baku” otelində karantin rejimini pozanlar arasında olan şəxslərdən biri sosial şəbəkədə paylaşım edərək jurnalistləri onun istirahətini pozmaqda ittiham etmişdi. O, video çəkərək media nümayənələrini “işverən” adlandırmışdı. Daha sonra Daxili İşlər Nazirliyinin həmin oteldə saxladıqları şəxslər arasında həmin şəxsin olmaması sosial …

Read More »

İyulun 20-dək fəaliyyətinə icazə verilən sahələr

Xəbər verildiyi kimi, bu gündən etibarən fəaliyyətinə icazə verilən sahələrə aid olmayan fiziki şəxslərin, habelə işçi heyətinin məhdud şəkildə iş çıxarılmasına olan tələblərə əsaslanaraq qurumlar üzrə icazələrin bir hissəsi ləğv olunub. Boyukmillet.com Nazirlər Kabinetinin saytına istinadən fəaliyyətinə icazə verilən sahələri təqdim edir: 1. Səhiyyə və sosial sahə üzrə: 1.1. elmi tədqiqat və laborator xidmətləri; 1.2. xəstəxanalar, poliklinikalar və digər tibb …

Read More »

“İcazə.e-gov.az” portalında icazəsi ləğv olunan şəxslər nə etməlidir? – İZAH

“icazə.e-gov.az” portalı vasitəsi ilə 453 min 781 işçi sayına icazə alınıb. Bəzi şəxslər isə iyul 5-nə qədər icazələri olsa da, bu dəfə icazə ala bilməyiblər, onların müraciəti qəbul edilməyib. Boyukmillet.comun məlumatına görə, növbəti həftə ərzində işə çıxacaq əməkdaşlar barədə məlumatlar işəgötürənlər tərəfindən əvvəlcədən portala daxil olunub. İcazə sistemindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra vətəndaşların icazəsi ləğv olunub. Bunlar …

Read More »

“Fərdi şəxslərin öz maşınlarında maska taxması vacib deyil”

“Yalnız şəhərdaxili və ya şəhərlarası ictimai nəqliyyatda iştirak edən sürücü və sərnişinlər maskadan istifadə etməlidirlər”. Boyukmillet.com xəbər verir ki, bu sözləri şəxsi avtomobildə maska taxılması barədə Lent.az -a danışan Baş Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, fərdi şəxslərin öz maşınlarında maska taxması vacib deyil: “Şəxsi avtomobildə sürücü və sərnişinlərin maska taxması vacib deyil. …

Read More »

Daha bir məmurun Praqadakı şirkətləri üzə çıxdı – Fotofaktlar

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarəsinin rəisi Hacıqulu Sadıqovun Praqada şirkəti haqqında məlumat yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb: Onun sözlərinə görə, Hacıqulu Sadıqov Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsinə Füzuli rayonunun adı verilib. Sənədlərə görə, Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü …

Read More »

Bu gündən bütün icazələr ləğv ediləcək – RƏSMİ

“5 iyul tarixindən bütün icazələr silinəcək. Hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün yenidən icazə almalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. “Aparılan təhlillər onu göstərir ki, bəzi təşkilatlar icazə portalından sui-istifadə edirlər. Buna görə də bəzi icazələr silinib və təşkilatlara bununla bağlı məlumatlar göndərilib”, – o …

Read More »

“ASAN xidmət” icazə sistemi ilə bağlı yeni məlumat yaydı

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir”. Bu barədə Open.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. “Öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi …

Read More »

Daha bir rayon su böhranı ilə üz-üzə

Azərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər. Boyukmillet.com xəbər verir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub. Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib. Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının …

Read More »