Cümə axşamı , 19 Fevral 2026

Gündəm

Zamirə Hacıyeva haqqında yeni qərar: Ali Məhkəməyə şikayət edə bilməyəcək

Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın apelyasiya şikayəti rədd edilib. Onun vəkilləri dekabr ayında Milli Cinayət Agentliyinin onun mülkünü müsadirə etməsi cəhdinə qarşı Apelyasiya Məhkəməsinə şikayət etmişdi. Zamirə Hacıyeva ilk hədəfi olduğu Britaniyanın “İzaholunmaz Sərvət Sərəncamı”nın (UWO) ona qarşı tətbiq olunmasının qarşısını almağa çalışırdı. Çərşənbə günü səhəri işə baxan Apelyasiya məhkəməsinin üç hakimindən biri Lord …

Read More »

“Lotu Quli”yə sui-qəsd hazırlayan dəstə üzvləri ilə bağlı QƏRAR

Yanvarın 31-də İstanbul polisi tərəfindən yaxalanan “Lotu Quli” ləqəbli azərbaycanlılardan ibarət cinayətkar dəstənin lideri Nadir Səlifova sui-qəsd hazırlayan dəstənin üzvlərinə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, qərara əsasən, 17 nəfərdən yeddisi həbs olunub. Həbs qərarı çıxarılanlar Fuad H., Fuad H., Vladimir G., Elnur M., Emin G., Vahid M. və dəstəyə rəhbərlik edən Andrey Malıydır. Digər 10 nəfər isə nəzarətdə saxlanılma …

Read More »

Azərbaycanda hava pisləşir – Dövlət qurumları hərəkətə keçdi

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Azərbaycanda bu seçkilərə maraq böyükdür. Xeyli sayda namizəd qeydə alındığı üçün səsverməyə gələnlərin də kifayət qədər olacağı bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, seçki günü ölkədə soyuq hava şəraiti müşahidə olunacaq. Məlumatda bildirilir ki,  uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra soyuq arktik hava kütlələri …

Read More »

TARYEL MƏMMƏDOV: “MƏN GÜLOĞLAN CABBAROVDAN BAŞQA NAMİZƏD TANIMIRAM”

Boyukmillet.com xəbər verir ki, 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində müstəqil olaraq iştirak edən Güloğlan Cabbarov bu gün bir Xətai prospektində bir qrup seçiciləri ilə səyyari görüş keçirib.Görüşdə Güloğlan Cabbarov ötən ilin sonlarında parlamentin özünü buraxmasından ,ölkə prezidenti Cənab İlham Əliyevin Azərbaycan gəncliyini keçiriləcək seçkilərdə iştirak etməyə səsləməsindən sonra, millətin vəkili olmaq üçün seçkilərdə iştirak üçün qərar qəbul etdiyini vurğulayıb.O …

Read More »

Sabir Rüstəmxanlı Neftçalada seçkiyə möhür vurdu: MÖHTƏŞƏM GÖRÜŞ – VİDEO+ FOTOLAR

Neftçala rayon X.Məmmədov adına Mədəniyyət Evində 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlının seçicilərlə möhtəşəm görüşü keçirilib. Minə yaxın seçicinin iştirak etdiyi görüşə rayon fəalları, ziyalılarıla yanaşı ölkənin tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları da qatılıb. Görüş Azərbaycanın istiqlalı uğrunda şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan …

Read More »

Arzularınızı gerçəkləşdirəcək insan – Arzu Nağıyev

İlin-günün bu vaxtında ömrü şərəflə yaşamaq, halal ömür sürmək hər adamın qismətinə düşən ömür payı olmur. Parlaq şəxsiyyət olan Arzu Nağıyev öz tale payını vicdan və ləyaqətlə yaşayan bir Vətəndaş, yüksək səviyyəli peşəkar və milli düşüncənin daşıyıcısı olan ictimai xadimdir.Bu torpaq, bu məmləkət qarşısında bacardığı hər şeyi edib – əlində silah qanlı döyüşlərə də atılıb, cəmiyyətin fızıkı və mənəvi düşmənləri …

Read More »

Sabiq nazirin oğlunun namizədliyi LƏĞV EDİLDİ

MSK-nın iclasında 46 saylı Şirvan şəhər seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə irəli sürən bitərəf Rəşad Camalovun ikili vətəndaşlığının olması ilə bağlı DSK sədri tərəfindən daxil olmuş müraciətə baxılıb. Boyukmillet.com xəbər verir ki, MSK katibi Arifə Muxtarova bildirib ki, R.Camalov DSK-ya təqdim etdiyi məlumatlarda yalnız Azərbaycan Respublikasının vətəndaşlığının olduğunu, ikili vətəndaşlığının olmadığını və öhdəlik ərizəsində başqa dövlətlər qarşısında öhdəliyinin olmadığını …

Read More »

Siyasi peşəkarlıq örnəyi: Azay Quliyevin təbliğat kampaniyası nədə və necə fərqləndi

Seçkiqabağı təbliğat dövrünün bitməsinə artq sayılı günlər qalır, ona görə də, keçilən yola boylanaraq, namizədlərdən kimin necə kampaniya apardığını dəyərləndirməyə imkan var. Ümumi mənzərəyə baxanda diqqəti çəkən budur ki, namizədlərin çoxu özlərinə uyğun olaraq, həvəskar kampaniya aparırdılar – yəni işə sistemsiz, texnoloji cəhətdən zəif, “ya mədəd” prinsipi ilə yanaşanlar az deyildi. Həqiqətən peşəkar kampaniya ilə çox az namizəd diqqəti çəkməyi …

Read More »

Gürcüstanda yenidən aksiyalar başladı

Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir. Boyukmillet.com xəbər verir ki, aksiyada müxalifət partiyalarının nümayəndələri və ictimai fəallar iştirak edirlər. Meydana toplaşanlar etiraz aksiyası çərçivəsində parlament çoxluğunun üzvü olan deputatlar üçün “utanc dəhlizi” də yaratmağı planlaşdırırlar. Etirazçılar parlamentin binası qarşısındakı hasara Kremlin fotosunun olduğu baner asıblar. Onların sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili Rusiyanın maraqlarına uyğun siyasət …

Read More »

Vilayət Eyvazov polis rəisini işdən çıxardı

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir yol polisi rəisini təqaüdə göndərib. Boyukmillet.com Avtosfer.az-a istinadən xəbər verir ki, Nəsimi rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb.

Read More »