Şənbə , 7 Noyabr 2026

Gündəm

“Sədərək” TM-də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək – RƏSMİ

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək. Bu barədə Trend-ə açıqlamasında mərkəzin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib. Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək: “Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin …

Read More »

Rafael Ağayev göz yaşlarını saxlaya bilmədi – VİDEO/FOTO

Daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev BƏƏ-nin Dubay şəhərində keçirilən ilin ikinci Premyer Liqa turnirində qızıl medal qazanıb. Boyukmillet.com xəbər verir ki, 75 kq çəki dərəcəsində ikiqat dünya çempionu, italiyalı Luici Buzanı 3:2 hesabı ilə məğlub edən Rafael Ağayev qələbədən sonra məyus olan rəqibinin könlünü almağa çalışıb. 34 yaşlı idmançı tribunalara …

Read More »

Bakıda “Wolksvagen” aşdı, yol bağlandı – FOTO – VİDEO

https://www.youtube.com/watch?time_continue=2&v=Xg0ZiVA5Klw&feature=emb_logo Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com-un məlumatına görə, hadisə Zabrat-Sabunçu yolunun İkinci Zabrat yaşayış massivinin ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Wolksvagen” markalı avtomobil işıq dirəyinə çırpılaraq aşıb. Hadisə yerinə yol polisi və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Qəza səbəbilə yolda sıxlıq yaranıb.

Read More »

Erməni yazıçısı Paşinyanı rüsvay etdi: “Ayıb olsun!”

Anna Turcotte: “Tarixdən xəbəri yoxdur, siyasi hazırlıq səviyyəsi isə aşağıdır”Erməni yazıçısı Anna Turcotte Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına ciddi ittihamlar səsləndirib.   Boyukmillet.com  xəbər verir ki, N.Paşinyanın Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada prezident İlham Əliyevin qarşısında gülünc vəziyyətə düşməsini heç cür həzm edə bilməyən erməni yazıçısı, bunu Paşinyanın kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz …

Read More »

Hərbi qulluqçumuz şəhid oldu

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.  Bu barədə BOYUKMİLLET.COM-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir! Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə …

Read More »

DİN-dən qanunsuz aksiya keçirmək istəyənlərə XƏBƏRDARLIQ

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış yerdə mitinq və ya yürüş keçirməyə cəhd edilərsə, bu, qanunsuz aksiya hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək. Boyukmillet.com bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat”, REAL partiyaları, D18 təşkilatı və bir neçə müstəqil namizədin mitinq …

Read More »

Azərbaycan səfiri Çindən təxliyə olunan şəxslərlə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çindən Türkiyə Ordusuna məxsus təyyarə ilə təxliyə olunmuş 6 Azərbaycan vətəndaşı ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, iki həftədir Türkiyə ərazisində karantində olan azərbaycanlılar bu gün təyyarə ilə Bakıya yola düşəcəklər. Azərbaycan Tanıtım Evində keçirilən görüşdə həmin vətəndaşlar Uhan şəhərindən çıxarıldıqları, bütövlükdə Çindəki koronavirusla bağlı vəziyyət barədə səfirə məlumat veriblər. Daha sonra Heydər Əliyev Parkında ulu öndərin xatirəsini yad edən vətəndaşlarımız Anıtqəbiri …

Read More »

Çin koronavirusun miqyasını gizlədir – “Qlobal pandemiyanın ilkin mərhələsindəyik”

Beynəlxalq tibb ekspertləri Çini koronavirus təhlükəsinin miqyasını gizlətməkdə ittiham edirlər. Xarici KİV xəbərlərinə görə, onlar Xubey vilayətində ölüm hallarının kəskin artması fonunda bu açıqlamanı veriblər. London İmperiya Kolleci epidemiologiya sahəsi üzrə ekspert Neyl Ferguson virusdan ölüm hallarının yalnız 5%-nin qeydə alındığını düşünür. “Düşünürəm ki, hazırda biz qlobal pandemiyanın ilkin mərhələsindəyik”- deyib. Avstraliyanın səhiyyə naziri Brendan Merfi ABC-yə açıqlamasında koronavirusun aprel …

Read More »