Cümə axşamı , 19 Fevral 2026

Gündəm

İSBAM sədri Nəşət Doğanla görüşüb.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Ankaraya səfər edib. Boyukmillet.com İSBAM mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Adıgözəlli səfər çərçivəsində bir sıra görüşlər keçirib. İSBAM sədri Türkiyə siyasətinə yeni qədəm qoyan Ölkəm partiyasının sədri Nəşət Doğanla da görüşüb. Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri, Qarabağ məsələsi və Türk dünyasını əhatə edən bir sıra mövzular müzakirə olunub.

Read More »

Şura e-məsləhət xidmətini davam etdirir

Şura Katibliyinin baş məsləhətçisi Toğrul Məmmədli 23 oktyabr 2019-cu ildə Şuranın rəsmi feysbuq səhifəsində SƏLİS-in İNNOBANK xidməti haqqında çıxış edəcək, həmçinin mövzu ilə bağlı suallara cavab verəcək. İzləyicilərdən, QHT fəaliyyəti ilə maraqlanan bütün şəxslərdən xahiş edirik ki, sabahkı e-məsləhət xidməti ilə bağlı mövzu üzrə müvafiq suallarınızı indidən bizə yazasınız.

Read More »

Gürcüstanda Ümummilli lider Heydər Əliyevin heykəlinə erməni təxribatı – FOTO + VİDEO

Təxribatçılar tərəfindən heykəlin üzərinə “Qarabağ Ermənistandır və nöqtə” yazıldı…Gürcüstanın paytaxtı Tiflisdə mərhum prezident Heydər Əliyevin heykəli üzərinə dörd müxtəlif dildə “Qarabağ Ermənistandır və nöqtə” sözü yazılıb.Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, heykəlin üzərində Azərbaycan prezidenti İlham Əliyevə xitabən “Oğlum, Qarabağ Ermənistandır, vəssalam” sözləri yazılıb. Erməni mənbələrində həmin hadisə ilə bağlı video da yer alıb. Həmin videonu sizlərə təqdim edirik. P.S. Erməni saytlarında …

Read More »

“Özümü orada oturmağa layiq bilmirəm” – Afaq Bəşirqızı Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırdı

“Mən Azər Paşa Neməti Hacıbala Abutalıbovdan nümunə götürməyə çağırıram”.Bunu açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.O, Azərbaycan Teatr Xadimləri İttifaqının bu gün keçirilən konfransında oturmağı özünə layiq bilmədiyini qeyd edib: “Ona görə də tədbiri yarımçıq tərk etdim. Mən Cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətə …

Read More »

Samir Adıgözəlli Kocaelidə Xocalı soyqırımı parkının salınmasına razılıq aldı – FOTO

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Türkiyənin Kocaeli şəhərində həyata keçirdiyi layihə başa çatıb. Oktyabr ayının 15-19 tarixlərində İSBAM nümayəndə heyəti Türkiyədə məhsuldar görüşlər və bir neçə tədbir keçirməyə müvəffəq olub. Səfər proqramında İSBAM nümayəndə heyətini 4 nəfər təmsil edib. Tərkibdə qurum rəhbəri Samir Adıgözəlli, İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı, bu yazının …

Read More »

Abutalıbovu qəbul edən Əliyevdən qocaman kadrlara mesaj: “Yaşınız keçib, nümunə götürün”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.boyukmillet.com Azərtac-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev dedi: Hacıbala müəllim, siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, …

Read More »

İSBAM-la TADEF arasında əməkdaşlıq protokolu imzalandı

Müstəqilliyimizin 28-ci ildönümü günündə Türkəyənin Kocaeli şəhərində İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) ilə Türkiyə-Azərbaycan Dərnəkləri Fedarasyonu (TADEF) arasında əməkdaşlıq protokolu imzalanıb. Hər iki qurumun rəhbəri- Samir Adıgözəlli və Bilal Dündar tərəfindən imzalanan protokolda qeyd olunur ki, bundan sonra sözügedən qurumlar bir-biri ilə sıx əməkdaşlıq şəraitində çalışacaq və hər iki ölkədə keçiriləcək tədbirlərdə bir-birinə qarşılıqlı dəstək verəcəklər.

Read More »

120 saatın bitməsinə az qalmış PENTAQONDAN açıqlama: Bölgədə qalacağıq!

ABŞ Müdafiə naziri Mark Esperin verdiyi açıqlamaya görə, Amerika neft yataqlarının təhlükəsizliyini təmin etmək iddiasını irəli sürərək hərbi qüvvələrini bölgədə qoya bilər. https://boyukmillet.com Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ Suriyada YPG-li terrorçulara kömək etmək məqsədiylə göndərdiyi hərbi qüvvələrini geri çəkdiyini bildirmişdi. Oktyabrın 17-də qəbul edilən sazişdən sonra terrorçuların 120 saat ərzində geri çəkilməsinə az qalmış bir müddətdə Pentaqon tərəfindən …

Read More »

“Zəngəzur Azərbaycanın ayrılmaz hissəsidir, bu tarixi səhvi düzəltmək lazımdır”- RUSİYADAN ERMƏNİLƏRƏ ÇAĞIRIŞ

Azərbaycan prezidenti Türk Şurası ölkələrinin başçılarının Bakıda keçirilən iclasında bildirdi ki, 20-ci əsrin əvvəllərində sovet rəhbərliyi tərəfindən Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana verilməsi türk dünyasını parçalayıb. boyukmillet.com Vesti.az-a istinadən xəbər verir ki, tanınmış rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov Zəngəzurla bağlı vəziyyəti şərh edib.“Türk Şurası ölkələrinin dövlət başçılarının iclasında Prezident Əliyevin bəyanatı tarixçi kimi mənim üçün gözlənilməz olmadı. Əksinə, …

Read More »

İSBAM Türkiyədə silsilə tədbirlər keçirir: bu gün Kocaelidə “Nəsimi – 650” tədbiri olub + FOTOLAR

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Kocaeli bölgəsində “Nəsimi-650” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. Boyukmillet.com ISBAM mətbuat xidmətinə istinadən  xəbər verir ki, qurumun bu gün İzmit Sivil Toplum Mərkəzində Türkiyə-Azərbaycan Dərnəkləri Fedarasyonunu və Kocaeli Heydər Əliyev Kültür Evi ilə birgə keçirdiyi tədbirdə dahi Azərbaycan şairi anılıb, onu keçdiyi həyat yolu yaradıcılığından …

Read More »