Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının zəruriliyini bildirib və bununla bağlı Azərbaycanla əlaqələrin bərpa olunmasının zəruriliyini vurğulayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hökumət başçısı Ermənistanın Araqatsot vilayətinə səfəri zamanı danışıb. Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tez həll olunmayacaq: “Ancaq biz çalışmağa davam etməliyik və problemin həlli üçün metodlardan biri indi müzakirə etdiyimizdir: regional …
Read More »Metro terroruna görə ömürlük cəza alan şəxs əfv edilməyib
Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxsin əfvə düşməsi barədə yayılan məlumat düz deyil. Pravda.az-ın məlumatına görə, metro partlayışı ilə əlaqədar həbsdə olan şəxs Aslanov Azər Məhərrəm oğlu yox, Aslanov Azər Salman oğludur. Sərəncama əsasən, əfvə düşən Aslanov Azər Məhərrəm oğlunun ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə …
Read More »Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkum əfv edildi
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən Vüqar Əliyev əfv edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamında adı var. Sərəncama əsasən, V.Əliyevin ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Read More »Azərbaycanda daha 933 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 243 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 894 nəfər müalicə olunaraq sağalıb, 3 314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216-dır. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 …
Read More »Rövşən Əkbərovu hansı cəza gözləyir?
Ukraynada qətl törətməkdə təqsirləndirilən Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 12.1,120.2-ci (Xuliqanlıq niyyəti ilə adamöldürmə) maddəsi ilə ittiham verilib. Boyukmillet.com-un xəbərinə görə, irəli sürülən ittiham üzrə təqsirli bilinərsə, onu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını …
Read More »Baş Prokurorluq: Rövşən Əkbərov qəsdən adam öldürmədə ittiham edilir
Baş Prokurorluq Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsi ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat xidmətindən bildiirlib ki, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış, bir sıra istintaq tədbirləri yerinə …
Read More »Elton Məmmədovla Rövşən Əkbərovun hansı biznes əlaqələri var?
AMEA aparatının işlər idarəsinin müdiri Elton Məmmədovun həbsedilən sabiq korpus komandiri general leytenant Rövşən Əkbərovla şərikli biznesi olması baradə sosial şəbəkələrdə məlumatlar yayılıb. Elton Məmmədov mətbuata açıqlamasında bildirib ki, mənim Rövşən Əkbərovla heç bir biznesim olmayıb, indi də yoxdur. Elton Məmmədov mətbuata açıqlamasında Rövşən Əkbərovla dost olduğunu söyləyib. “Mənim Rovşən Əkbərovla uzun illərdən bəri sağlam dostluq münasibətim olub. General kimi …
Read More »Rövşən Əkbərovun həbsinin səbəbi məlum olub
Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri məlum olub. Boyukmillet.com-un xəbərinə görə, o, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir. Belə ki, R.Əkbərov bir neçə il bundan əvvəl Ukraynada qətl törədib. Bu iş üzrə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. R.Əkbərovun cinayət işinin ibtidai istintaqı Baş …
Read More »SON DƏQİQƏ! Rövşən Əkbərov həbs edildi
Azərbaycan Ordusunun sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, general-leytenant Rövşən Əkbərov haqqında bu qərar Hərbi Məhkəmə tərəfindən verilib. Qeyd edək ki, R.Əkbərov bir müddət əvvəl Müdafiə naziri Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.
Read More »Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi – FOTO
Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib. Bununla bağlı aparıcı hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, bu gün səhər saatlarında müğənninin müalicəsinə başlanılıb. Qeyd edək ki, Z.Abdullayeva uzun müddətdir revmatizm xəstəliyindən əziyyət çəkir.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar