Cümə , 12 Dekabr 2025

Hərbi

DSX-nin hərbi qulluqçusunun güllələnərək öldürüldüyü bildirilir

Dövlət Sərhəd Xidmətinin (DSX) Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçunun güllələnərək öldürüldüyü bildirilir. Hadisə dekabrın 4-də baş verib. Məlumata görə, Şamaxı rayonu Quşçu kənd sakini, 18 yaşlı əsgər Gülalıyev Əlikərim Qismət oğlu başının sağ nahiyəsindən güllə ilə vurularaq öldürülüb. Ailəsinə hadisənin başvermə səbəbi açıqlanmayıb. Yaxınları onun müəmmalı ölümünün araşdırılmasını tələb edirlər. Faktla bağlı Lənkəran Hərbi …

Read More »

“Daxili qoşunlar haqqında” yeni qanun layihəsini qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi 6 fəsil, 30 maddədən ibarətdir, Azərbaycan Respublikasının konstitusiya quruluşunun, suverenliyinin, habelə ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində Azərbaycan Respublikası daxili qoşunlarının fəaliyyətini, hüquq və vəzifələrini, həmçinin, daxili qoşunların idarə olunmasının hüquqi əsaslarını müəyyən edəcək. Layihəyə əsasən, daxili qoşunlarda mülki …

Read More »

Hərbi xidmətə yararsız şəxslərlə bağlı QƏRAR VERİLDİ

Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də etdiyi dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qərara əsasən, hərbi xidmətə çağırış zamanı “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud …

Read More »

Hərbi xidmətlə bağlı mühüm yeniliklər

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda nələr var?  Noyabrın 25-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilib. “Yeni Müsavat”ın məlumatına görə, ilk olaraq “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiqlənib.   Daha sonra iclasda Azərbaycanla bir …

Read More »

Səngərin ürək döyüntüsü

Bəzən bir insanın ömrü bir atəş kimi yanıb keçir və tez sönür, amma istisi, işığı illərlə qalır. Bəzən də bir ömür bir ağac kimi ucalır, kökləri torpağa, budaqları isə göylərə bağlı. Seymur Sərxoşovun ömrü həm o atəşin alovu, həm o ağacın kökü idi: yandı, işıq saçdı, kök atdı və əbədi oldu… O, 1987-ci ilin yanvar günündə Qızıldaş torpağına bir körpə …

Read More »

Sülhməramlılarımızın Qəzzaya yolu açıldı – Bakının qərarı

BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra  sülhyaratma missiyasının tərkibi yenidən gündəmə gəlib – Özbəkistan, Qazaxıstan və Qırğızıstan kimi türk və müsəlman ölkələrinin iştirakı da mümkündür BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına dair qətnamə layihəsini səsverməyə çıxarıb. Artıq qətnamə qəbul olunub. Bu münasibətlə Ağ Ev sahibi dünyanı təbrik edib. ABŞ prezidenti bu hadisənin BMT tarixində …

Read More »

Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində İsparta şəhərində Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi qulluqçularının iştirakı ilə keçirilən “Dağ komando kursu” başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu münasibətlə keçirilən buraxılış mərasimində çıxış edənlər hərbi qulluqçuları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, kurs müddətində qazanılan bilik və …

Read More »

Partlayış səsləri gəlsə, qorxmayın! – Nazirlik xəbərdarlıq etdi

Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb. 27-31 oktyabr tarixlərində istismar müddəti bitmiş və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına uyğun olaraq Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonundakı təlim mərkəzində məhv ediləcək. Müdafiə Nazirliyi partlayış səslərinin əhali arasında təşviş yaratmaması üçün xəbərdarlıq edib və narahatlığa heç bir əsas olmadığını bildirib.

Read More »

Daha bir şəhidimizin nəşi tapıldı – FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb. Şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır. Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında …

Read More »

Bakıda hərbi parad keçiriləcək

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Read More »