Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Nazirlikdən bildirilib ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da …
Read More »Ceyhun Bayramov: “Azərbaycan Ordusunun hər bir əsgərinə şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm”
“Silahlı Qüvvələrinin bütün şəxsi heyətini 26 iyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edir, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun hər bir əsgərinə bu şərəfli fəaliyyətlərində uğurlar arzu edirəm. Eşq olsun Azərbaycan Ordusuna!”. Boyukmillet.com xəbər verir ki, bunları Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.
Read More »Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin yürüşləri başlayıb
26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunub. Boyukmillet.com xəbər verir ki, hərbi orkestrlər aşağıdakı marşrutlar üzrə yürüş edir: – Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;– Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı …
Read More »Kəlbəcərdə xidmət edən hərbçilər: “Şəraitimiz yaxşıdır, heç bir problemimiz yoxdur” – REPORTAJ
Müdafiə Nazirliyi Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissəyə mediatur təşkil edib. “Report”un Qərb bürosunun Kəlbəcərə ezam olunan xüsusi müxbirinin verdiyi məlumata görə, məqsəd hərbi hissənin kazarma və postlarında yaradılmış şəraitlə tanışlıq olub. Çətin relyefə və soyuq havaya baxmayaraq, burada xidmət edən hər bir zabit və əsgər yaradılmış şəraitdən razı olduqlarını söyləyiblər. Azərbaycan Ordusunun baş leytenantı Ülvi Vəlizadə deyib ki, xidmət etdiyi …
Read More »Silahlı Qüvvələr Günü ilə bağlı 114 hərbçi təltif olunub
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının bir qrupunun təltif olunması ilə bağlı sərəncamlar imzalayıb. Boyukmillet.com xəbər verir ki, dövlətimizin başçısının Sərəncamına əsasən, 8 hərbi qulluqçu ali hərbi rütbələrlə təltif edilib. Belə ki, 2 nəfərə general-leytenant, 5 nəfərə general-mayor, 1 nəfərə isə tibb xidməti general-mayoru ali hərbi rütbələri verilib. Prezidentin imzaladığı digər Sərəncamla isə Azərbaycan Respublikasının müstəqilliyinin, …
Read More »Bir qrup hərbçiyə ali hərbi rütbələr verilib – SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: “general-leytenant” hərbi rütbəsi general-mayor Zakir Samiddin oğlu Ağayevə general-mayor Azər Əli oğlu Əliyevə “general-mayor” hərbi rütbəsi polkovnik Nicad Kamandar oğlu Qarayevə polkovnik Akif Səməndər oğlu Pirverdiyevə polkovnik Zaur Zeynalabdul oğlu …
Read More »Prezident Vətən müharibəsində fərqlənən bir qrup hərbçini təltif edib – SİYAHI
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Azərbaycan Bayrağı” ordeni ilə Ələkbərov Fərid Tahir oğlu – mayor (ölümündən sonra) 3-cü dərəcəli “Rəşadət” …
Read More »Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub
26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, mediatur çərçivəsində KİV nümayəndələrinə anbarlardakı geyim və ərzaq nümunələri barədə məlumat verilib. Qeyd olunub ki, anbarda Azərbaycan Ordusunun hər bir qoşun növünün yay və qış geyimləri saxlanılır. Anbarlardakı geyim nümunələri ilə bağlı media nümayəndələri məlumatlandırılıb. Daha sonra təminat anbarlarındakı ərzaqların saxlanma …
Read More »“Ermənilərin havadarları heyrətlə Azərbaycan Ordusunun döyüşlərindən danışırdı” – RƏY
“Ordun varsa – yurdun da var. Ana dilimizin taleyüklü həqiqətini əks etdirən bu lakonik deyim bəşəri inkişafın min illərdən keçib gələn gerçəyindən xəbər verir. Dünyanın indiki siyasi xəritəsi davamlı güc dartışmalarının nəticələrinin göstəricisidir. Kim yurdunu qoruya bilibsə, o, Vətənli xalq kimi yaşayıb. Kimin ordusu güclü olubsa, o, yurduna sahib çıxmağı da bacarıb. Bu baxımdan Azərbaycan xalqı əzəldən yurdlu, ordulu olub. …
Read More »Azərbaycan MN: “Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutub”
İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
