Aprelin 19-21-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev DSX-nin Sərhəd Qoşunlarının “Qubadlı” və “Qazax” əlahiddə sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər ediblər. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri …
Read More »Kamran Əliyev Xocalı, Daşkəsən və Tovuza yeni prokurorlar təyin edib
Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib. Boyukmillet.com-un məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, Ş.İmanov Daşkəsən Rayon Prokuroru təyin olunub. K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib. Xocalı Rayon Prokuroru vəzifəsinə isə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin …
Read More »Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pənçə Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş …
Read More »Azərbaycanın hərbi həkimləri ABŞ-da təlimdə olub – FOTO
Azərbaycanın hərbi həkimləri ABŞ-da hərbi-tibbi təlimdə iştirak ediblər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Oklahoma Milli Qvardiyasının üzvləri Oklahoma Milli Qvardiya Regional Təlim İnstitutunda tibbi bilik mübadiləsi çərçivəsində Azərbaycan Əməliyyat İmkanları Konsepti Batalyonunun 5 həkiminə təlim keçiblər.
Read More »Hərbi hazırlıq dərsləri hərbi hissələrdə keçilsin
Emin Həsənli: Keçmiş döyüşçülərin orta məktəblərdə hərbi hazırlıq müəllimi işləməsinin çox böyük əhəmiyyəti var “Hər bir ölkə gənclərin milli vətənpərvərlik ruhunda, savadlı, bilikli, o cümlədən fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə xüsusi diqqət ayırmalıdır. Çünki bu, dövlətin gələcəyi baxımından önəmlidir. Azərbaycan dövləti bunun üçün nə lazımdırsa edir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda güclü ordu qurulub. Öz torpağına, bayrağına sadiq, vətənpərvər …
Read More »Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan soydaşlarımızın ruhlarına ehtiram məqsədilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidləri Emin Musayev, Adil Əliyev və Əli Həsənovun xatirəsinə həsr olunan mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda …
Read More »Azərbaycan Ordusunda döyüş sursatlarının utilizasiya prosesi davam edir
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. Boyukmillet.com xəbər verir ki, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Read More »Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində məşğələlər keçirilib
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun rabitə hissə və bölmələrində ixtisas hazırlığı üzrə məşğələlər keçirilib. Məşğələlərdə səhra rabitə qovşağı və elementlərinin ərazidə açılması, yaranmış mürəkkəb şəraitdə vahid rabitə sisteminin təşkil edilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsi praktiki olaraq məşq etdirilib. Rabitəçilər idarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil rabitə qovşaqlarından qərargahlararası yüksək keyfiyyətli səs və məlumat …
Read More »Müdafiə Nazirliyi Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının fəaliyyəti haqqında məlumat yayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq …
Read More »“Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklik edilib
“Hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilən sənədlərin siyahısı artırılıb. Belə ki, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları təqdim edərkən həqiqi hərbi xidmətdə (toplanışda) …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
