Bazar ertəsi , 13 May 2024

Hərbi

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək

“Dəniz kuboku” başa çatdıqdan sonra Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov məlumat verib. “Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək. Bir neçə …

Read More »

Zakir Həsənov erməni təxribatına adekvat cavab verilməsi tapşırığını verib

Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə …

Read More »

Zakir Həsənov xidməti müşavirə keçirib

Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin …

Read More »

MN: “Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində həlak olub”

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. “Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin …

Read More »

Azərbaycan hərbçiləri Gorus-Qafan yolunu bağladı – Ermənistanı İranla birləşdirən yol QAPANDI

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. “Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnuxu hissəsini bağlayıb. Yolun açılması və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, – deyə Ermənistan Milli …

Read More »

DSX: “Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum edib, əsgərimiz yaralanıb”

Avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. DSX-dən  verilən məlumata görə, digər …

Read More »

Rusiyanın məkrli PLANI: “Qazax və Tovuz istiqamətində münaqişəyə hazırlaşır”

“Rusiya sərhədçiləri Ermənistanın Voskepar kəndinə yerləşdirilib. O istiqamətdəki hərəkətlilik yeni münaqişə ocağı yarada bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Qazax rayonu istiqamətində Rusiya sərhədçilərinin yerləşdirilməsi və Rusiyanın bölgədəki fəaliyyətini şərh edən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib. Rövşən Məhərrəmov bildirib ki, Rusiya bölgədə yeni münaqişə ocağı yaratmaq istəyir: “Ermənistanın Noyanbiriyan rayonundan Voskepar kəndinə …

Read More »

MN: “Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. “Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, – MN-in məlumatında bildirilib.

Read More »

Ermənistan Qarabağdakı itkilərinin sayını açıqladı – RƏSMİ

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxış edib. Boyukmillet.com Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət başçısı 44 günlük müharibə sırasında 3773 erməni hərbçisinin öldüyünü söyləyib. O bununla yanaşı, 243 hərbçinin itkin düşdüyünü və onların qalıqlarının axtarıldığını əlavə edib.  

Read More »

Kabildəki Azərbaycan sülhməramlıları: “Hər şey yaxşıdır”

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal “Taliban” hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında “bir millət, iki dövlət” şüarı ilə çiyin-çiyinə xidmət edir. Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hava limanının təhlükəsizliyi için 24 saat növbə çəkən Azərbaycan əsgərləri Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə birlikdə həm də ehtiyacı olan insanlara yardım edir. Agentliyə danışan …

Read More »