Bazar , 28 Aprel 2024

Hərbi

Erməni diversantı: “Ordumuzun Azərbaycana qalib gəlmək şansı yoxdur”

“Ermənistan Silahlı Qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm”. Boyukmillet.com xəbər verir ki, bunu avqustun 23-ü saat 06 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan videomüraciətində deyib: “Lakin hərbi qulluqçu kimi məcburiyyət qarşısında …

Read More »

Turan Ordusu bu tarixdə elan edilir? – VİDEO

Turan Ordusunun oktyabrın 29-na kimi qısa bir müddətdə yaradılması mümkünsüzdür. Çünki bu, elə də sadə bir layihə deyil. 20 ildən artıq bir müddətdir ki, Türkiyə rəhbərliyi bu yöndə işlər görür. Xüsusilə də son illərdə bu məsələ Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) iclaslarında da təklif edilib. Boyukmillet.com bildirir ki, bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov türkiyəli strateq Kaan Sarıaydının Turan Ordusunun yaradılacağı …

Read More »

DSX rəisi: “Yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar alınır”

“Azərbaycan Sərhəd Mühafizəsinin sürətli inkişafını görmək üçün hər il keçirilən müxtəlif mövzulu təlimlərə nəzər yetirmək kifayətdir. Peşə vərdişlərinin yüksək səviyyədə mənimsənilməsində böyük rol oynayan taktiki təlimlərin keçirilməsi şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə xidmət edir. Keçirilən taktiki təlimlərin əsas məqsədi şəxsi heyətə Vətənə məhəbbət və qələbəyə inam hisslərinin aşılanması, bölmələr arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması …

Read More »

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 35 yaşınadək hərbi vəzifəlilər avqustun 6-dan 31-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi …

Read More »

Millət vəkilləri şəhid əsgər Xəyyam Məmmədovun ata ocağını ziyarət ediblər

Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov, Qurban bayramı günlərində, şəhid əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun İsmayıllının Balik kəndindəki ata ocağını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva şəhid əsgərin ailə üzvləri ilə görüşün onunçün həm duyğuverici, həm də bir mənəvi borc ifadəsi olduğunu deyib: “Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə bizim hərbi bölmələrimizin mətin duruşu, hər bir hərbçimizin vətənpərvərliyi, …

Read More »

Türkiyəli hərbçilər Naxçıvanla yaxından tanış olublar – FOTOLAR

Boyukmillet.com xəbər verir ki, Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının bayram və istirahət günlərində mənalı istirahətləri təşkil olunub. Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerlərini, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini, Batabat yaylağını, Şahbuz Dövlət Təbiət Qoruğunu ziyarət ediblər. Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnikaları …

Read More »

Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib

Türkiyəli həkimlər Polad Həşimovun ailəsini ziyarət edib Azərbaycanda səfərdə olan Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar nəticəsində şəhid olmuş general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Baku TV xəbər verir ki, türkiyəli həkimləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli müşayiət edib.  Dərnəyin sədr müavini Həsən Yavuzhan Baş və dərnəyin üzvü Xalid …

Read More »

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimləri davam edir

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib. Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, plana əsasən tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uzlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, eləcə də şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb. Təlimin ssenarisinə uyğun olaraq təyin edilmiş …

Read More »

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 41 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 41 dəfə pozub. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə …

Read More »

“Hərbi təlimlər iki ölkənin döyüş gücünün artırılması baxımından önəmli rola malikdir” – MÜNASİBƏT

“Türkiyə və Azərbaycan dost ölkə olmaqla yanaşı, həmçinin dini, dili, soyu bir olan qardaş xalqlardır. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. Hərbi ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri də mövcuddur: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə, enerji sahəsində …

Read More »