Bazar ertəsi , 13 May 2024

Hərbi

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 41 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 41 dəfə pozub. Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə …

Read More »

“Hərbi təlimlər iki ölkənin döyüş gücünün artırılması baxımından önəmli rola malikdir” – MÜNASİBƏT

“Türkiyə və Azərbaycan dost ölkə olmaqla yanaşı, həmçinin dini, dili, soyu bir olan qardaş xalqlardır. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib. Hərbi ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri də mövcuddur: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə, enerji sahəsində …

Read More »

Azərbaycan və Türkiyə ordusu poliqonlarda çiyin-çiyinə – təlimlər başladı

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq mövcud vəziyyət qiymətləndirilir, döyüş tapşırıqları dəqiqləşdirilir, real şəraitdə ərazinin kəşfi aparılır. Müvafiq məruzələr dinlənildikdən sonra, təlimə cəlb edilən qoşunların qəbul olunan qərara əsasən tətbiqi üzrə tapşırıqlar ərazidə aydınlaşdırılır.

Read More »

Qənirə Paşayeva, Məşhur Məmmədov, Əkbər Qoşalı Tovuzda şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini ziyarət ediblər

Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov,Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı Tovuzda düşmən hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin ailəsini bugün ziyarət ediblər.Q. Paşayeva şəhid polkovnikin ailə üzvlərinə, onun və silahdaşlarının şəhid olmasından cəmi 4-5 saat öncə etdiyi söhbətlərdən danışaraq, polkovnikin və silahdaşlarının qətiyyət və fədakarlığının, yüksək vətənpərvərlik ruhunun canlı şahidi olduğunu bildirib. Onun öz həyatını vətən …

Read More »

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Read More »

Səfərbərlikdən könüllülərə niyə zəng edilir? – RƏSMİ CAVAB

Bu gün sosial şəbəkələrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında qeydiyyatdan keçən şəxslərə Xidmətdən zəng edilməsi haqda məlumat yayılıb. Boyukmillet.com xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov bildirib ki, müraciət edənlərə zəng edilməsinin səbəbi sadəcə onların anket məlumatlarının tam doldurulması olub. “Edilən zənglər …

Read More »

Tovuz istiqamətində daha bir erməni hərbçi MƏHV EDİLDİ

Azərbaycan-Ermənistan sərhəddində erməni hərbçi məhv edilib. Ermənistan KİVxəbərlərinə görə, Tavuş vilayətinin Azərbaycanla həmsərhəd ərazisində baş verən atışma zamanı əsgər Aşot Gevorkoviç Mikaelyan məhv edilib. Hadisənin gecə saat 02:00 radələrində Azərbaycan istiqamətində təxribat cəhdi zamanı baş verdiyi bildirilir.

Read More »

Düşmən atəşkəs rejimini yenidən pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Boyukmillət.com xəbər verir ki, bu barədə Open.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz …

Read More »

Əlahiddə Ümumqoşun Orduya yeni müasir texnikalar verilib

Hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilib. Müdafiə Nazirliyindən Open.az-a verilən məlumata görə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb. Tədbirlərin davamı olaraq yeni texnikaların növbəti hissəsi Əlahiddə Ümumqoşun Orduya …

Read More »

Azərbaycan kəşfiyyatı İrəvanda çaxnaşma yaratdı

Ermənistanda Azərbaycan xüsusi xidmət orqanlarının ermənilərdən informasiya əldə etdiyinə dair iddialar gündəmə gəlib. Boyukmillet.com xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (SNS) Azərbaycan kəşfiyyatının fəaliyyətinə dair açıqlama yayıb. Açıqlamada iddia olunur ki, Azərbaycan xüsusi xidmət orqanları Ermənistanın müxtəlif mobil operatorlarının nömrələrindən istifadə edərək, ermənilərə zəng edir, onlardan erməni hərbi birləşmələrindəki vəziyyət və digər məsələlərlə bağlı məlumatlar əldə edir. “094-39-75-95 və 093-52-72-08 …

Read More »