Bazar ertəsi , 13 May 2024

Hərbi

MN: Düşmənin bütün cəbhə boyu fəaliyyətinin qarşısı alınıb

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən qruplaşma və yerdəyişmə apararaq cəbhənin bəzi istiqamətlərində kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Oktyabrın 12-dən 13-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut istiqamətlərində ümumi vəziyyət gərgin olaraq qalıb. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin …

Read More »

Diaspor Mərkəzi Əsgərlərimiz üçün qurban kəsib

Beynəlxalq Diasporun təşkilatçılığı ilə bir qrup Diaspor,ictimaiyyət nümayəndələri ön cəbhədə əsgərlərlə görüşmüşdür. Boyukmillet.com xəbər verir ki, mərkəzin Qarabağ departamentinin rəhbəri Laçın Qazaxov şəxsi təsərüfatından 25 ədəd qurbanlıq heyvan əsgərlərimizin ayağı altında  kəsilmişdir. Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Boyukmillet.com-a açıqlamasında bildirib ki,”əsgərlərimizdə döyüş ruhu qələbəyə inamı çox yüksək səviyyədə gördük. Bizlərin bütövlükdə xalqımızın daim ordumuzla yaxından maraqlanması əsgərlərimizdə böyük sevinc …

Read More »

Düşmənin alay tabor komandiri və xeyli canlı qüvvəsi məhv edilib

Oktyabrın 11-dən 12-ə keçən gecə bütün cəbhə boyu vəziyyət gərgin sabit qalıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Report”a Müdafiə Nazirliyindən bildirilib. Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində bir neçə dəfə kiçik qruplarla Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.Həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin …

Read More »

Ermənistan tələblərimizi yerinə yetirməsə, yenə hərbi yolla onları qovmalı olacağıq”

İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli Bakı-xəbər qəzetinə bildirdi ki, Moskva razılaşması ilə bağlı yanlış təsəvvür yaratmağa çalışanlar var: “Bir qədər soyuqqanlı yanaşmalıyıq. Əldə edilən razılaşma heç də o anlama gəlmir ki, biz müharibəni tam dayandırmışıq. Bizim şərtlərimiz aydındır, bunu bəyan etmişik. Bu 13 gün ərzində biz işğal altında olan ərazilərimizin bir qismini hərbi yolla azad etdik. …

Read More »

Ermənistan öz vətəndaşları üçün hərbi qaydaları daha da sərtləşdirdi

Ermənistan Dağlıq Qarabağda hərbi əməliyyatlara görə, əlavə məhdudiyyətlər tətbiq edərək, ölkədə sentyabrın 27-də tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib. Boyukmillet.com-un Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib. Nazirlər Kabinetinin qərarına görə, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır. “Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının …

Read More »

MN: Azərbaycan Ordusunun döyüşlərdə iştirak edən qoşunlarının təminatı yüksək səviyyədədir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən əks-hücum əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizat məsələləri dərhal həll olunur. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat …

Read More »

Erməni əsgərdən etiraf: “200 nəfər gözümün qabağında öldü”

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ8 Oktyabr , 2020 0:29 Erməni əsgərdən etiraf: “200 nəfər gözümün qabağında öldü” Erməni əsgər düşmən cəbhəsində baş verənlərlə bağlı rus müxbirlərə danışıb. Boyukmillet.com xəbər verir ki, “Novaya Qazeta”nın müxbirləri işğal olunmuş Qarabağ bölgəsinə səfər edib və yerli sakinlər və hərbçilərlə söhbətləşiblər. Qondarma rejimin “andiçmə mərasimi”nin keçirildiyi Şuşa Mədəniyyət Evinin Azərbaycan Ordusu tərəfindən darmadağın edilməsinin təfərrüatları məlum olub. Yerli …

Read More »

Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.  “Bir daha bildiririk ki, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun …

Read More »

Müdafiə Nazirliyi əhaliyə müraciət etdi

Müdafiə Nazirliyi əhaliyə çağırış edib. Boyukmillet.com xəbər verir ki, nazirliyin mətbuat katibi Anar Eyvazov jurnalistlərə açıqlamasında bu barədə danışıb. “Əhali arasında təşviş salmamaq, həmçinin hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək məqsədilə sosial şəbəkə istifadəçilərini, elektron media və digər kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq”,-deyə A.Eyvazov əlavə edib.   O bildirib ki, Ermənistan silahlı qüvvələrinin …

Read More »