Bazar , 19 Yanvar 2025

Hərbi

Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub

26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin təminat anbarlarına mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, mediatur çərçivəsində KİV nümayəndələrinə anbarlardakı geyim və ərzaq nümunələri barədə məlumat verilib. Qeyd olunub ki, anbarda Azərbaycan Ordusunun hər bir qoşun növünün yay və qış geyimləri saxlanılır. Anbarlardakı geyim nümunələri ilə bağlı media nümayəndələri məlumatlandırılıb. Daha sonra təminat anbarlarındakı ərzaqların saxlanma …

Read More »

“Ermənilərin havadarları heyrətlə Azərbaycan Ordusunun döyüşlərindən danışırdı” – RƏY

“Ordun varsa – yurdun da var. Ana dilimizin taleyüklü həqiqətini əks etdirən bu lakonik deyim bəşəri inkişafın min illərdən keçib gələn gerçəyindən xəbər verir. Dünyanın indiki siyasi xəritəsi davamlı güc dartışmalarının nəticələrinin göstəricisidir. Kim yurdunu qoruya bilibsə, o, Vətənli xalq kimi yaşayıb. Kimin ordusu güclü olubsa, o, yurduna sahib çıxmağı da bacarıb. Bu baxımdan Azərbaycan xalqı əzəldən yurdlu, ordulu olub. …

Read More »

Azərbaycan MN: “Ermənilər Laçın istiqamətində mövqelərimizi atəşə tutub”

İyunun 24-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

ANAMA 18 minatəmizləyən maşın alıb

“Azərbaycan Minatəmizləmə Agentliyi 18 minatəmizləyən maşın alıb”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, həmin minatəmizləyən maşınlar azad olunmuş ərazilərdə təmizləmə işlərinə cəlb edilib.

Read More »

ANAMA: “Azad olmuş torpaqlarda ərazilərin havadan tədqiqatına İngilltərə şirkəti cəlb edilib”

“Azad olmuş torpaqlarda ərazilərin havadan tədqiqatına İngilltərə şirkəti cəlb edilib”. Boyukmillet.com xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, tədqiqatçılar dronlarla və müxtəlif cihazlarla əraziləri tədqiq edir: “Tədqiqatın nəticəsi süni intellekt vasitəsi ilə emal olunur. Bu da minatəmizləyənlərin işinin asanlaşıdırılması üçün xüsusi önəm daşıyır”. Sədr əlavə edib ki, 18 ədəd minatəmizləyən maşın alınıb …

Read More »

ANAMA və ADRA arasında memorandum imzalanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) arasında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, memorandumun məqsədi vizual kommunikasiya vasitələri hesabına partlayıcı qurğuların təhlükəsi ilə bağlı insanların maarifləndirilməsi işini təkmilləşdirmək, mina xəbərdaredici işarələrin göstəriciləri barədə məlumatlandırmağa davam etmək, habelə, insanların şüurunda nizam-intizam və özünə məsuliyyət barədə fikir formalaşdırmaqdır. İmzalanma mərasimində çıxış edən ANAMA-nın sədri Vüqar Süleymanov bildirib ki, …

Read More »

Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlim başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə tək və taktiki qrup şəklində döyüş tapşırıqları yerinə yetirilib, şərti düşmənin hava və dəniz hədəfləri məhv edilib, sualtı diversiyaya qarşı qumbaraatma fəaliyyəti, eləcə də döyüş atışları icra olunub. Taktiki təlim …

Read More »

Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 20-si gecə saatlarından başlayaraq iyunun 21-i səhər saatlarınadək dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı, Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Ermənistan silahlı bölmələri mövqelərimizi yenidən atəşə tutub

İyunun 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zivel yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini snayper tüfəngi və atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »