Bazar , 19 May 2024

Hərbi

Azərbaycan Ordusunda ötən il 423 təlim keçirilib

Azərbaycan Ordusunda 2023-cü il ərzində 143 taktiki-xüsusi, 261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərargah səfərbərlik təlimi, komando başlanğıc və snayper hazırlığı kursları keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə yanvarın 19-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin rəsmiləri ilə media nümayəndələri arasında keçirilən görüşdə bildirilib. Görüşdə Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyasının hesabatının təqdimatı, eləcə də hərbi mövzuda xəbər …

Read More »

Azərbaycan və İran arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, dosent, general-mayor Arif Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İran İslam Respublikasının Ali Milli Müdafiə Universitetinin rəisi general-mayor, doktor İsmayıl Əhmədi Müqəddəmin dəvəti ilə bu ölkədə səfərdə olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə …

Read More »

Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir …

Read More »

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə  nazirlikdən məlumat verilib. Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb. Müdafiə naziri ölkələrimiz arasında …

Read More »

Zakir Həsənov Qırğızıstanın müdafiə nazirinə başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstana başsağlığı verib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Z.Həsənov yanvarın 17-də təlim-məşq uçuşları zamanı “Mİ-8” hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.

Read More »

Azərbaycan dəniz komandoları beynəlxalq təlimdə müxtəlif manevrlər icra ediblər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Təlimlər yanvarın 7-də başlayıb və yanvarın 16-da başa çatıb. Beynəlxalq təlimdə dəniz komandoları müxtəlif manevrlər icra ediblər. Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölkə – Almaniya, Banqladeş, Belarus, Bolqarıstan, Əlcəzair, Çin, Hindistan, …

Read More »

Qarabağ bölgəsində ermənilərin növbəti silah-sursat anbarı aşkarlanıb

Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank …

Read More »

Azərbaycan və Ərəbistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib. Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb, bu …

Read More »

Azərbaycan komandoları təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasını zərərsizləşdib

Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir. Plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib. Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib. Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş …

Read More »