Bazar , 19 May 2024

Hərbi

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə …

Read More »

Xocalıda artilleriya mərmiləri aşkarlanıb

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib”, – məlumatda qeyd edilib.

Read More »

Azərbaycanın müdafiə təyinatlı məhsulları Ər-Riyadda beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir. Nazirlikdən verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Bildirilib ki, 45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı …

Read More »

Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli …

Read More »

Azərbaycan Ordusunda məşğələlər: həyəcan siqnalı verilib, döyüş texnikası atəş mövqelərinə çıxarılıb

Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların …

Read More »

Türkiyədə səfərdə olan Azərbaycan generalları Heydər Əliyevin abidəsini ziyarət ediblər

Türkiyədə səfərdə olan Azərbaycan Ordusunun generalları paytaxt Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Genarallar Heydər Əliyev parkında olub və Ulu Öndərin xatirəsini anıblar. Qeyd edək ki, Azərbaycan Ordusunun 6 generalı Türkiyədə səfərdədir. Heyətdə korpus komandanları general-leytenant Mayis Bərxudarov, general-mayor Münasib Babayev və digərləri var. Yanvarın 31-də Türkiyənin …

Read More »

Müdafiə Nazirliyi: “Ermənilər Xocalı və Şuşa ətrafında meşəlik əraziləri minalayıb”

Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.

Read More »

Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan və Serbiya müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında 2024-cü il …

Read More »

Yaşar Gülər Ankarada Azərbaycan generallarını qəbul edib

Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generallarını qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1752706840268595370%7Ctwgr%5Ee042e65f54bbce3afaf55ae2e65526ab3a51c10f%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fherbi-xeberler%2Fyasar-guler-ankarada-azerbaycan-generallarini-qebul-edib%2F&in_reply_to=1752706840268595370

Read More »