Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

DSX hərbçisinin qəza nəticəsində öldüyü bildirilir

Hadisə Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində baş verib

Fevralın 9-u axşam saatlarında “Prado” markalı avtomobilin piyadanı vurduğu deyilir. 

Məlum olub ki, qəza nəticəsində ölən şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) məzuniyyətə çıxmış hərbi qulluqçusudur. Report xəbər verir ki, faktla bağlı araşdırma aparılır.

Ölən hərbçi 1987-ci il təvəllüdlü Şeydabəy Pirəmməd oğlu Qəhrəmanov Xaçmaz rayonu, Qusarçay kənd sakinidir.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …