Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Azərbaycan Ordusunun generalları Qarabağdakı əməliyyat şəraitini müzakirə edib

Azərbaycan Ordusunun rəhbərliyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini müzakirə edib. Boyukmillet.com xəbər verir ki, mayın 7-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar verilib. Qeyd edək ki, …

Read More »

Ukraynada daha bir azərbaycanlı zabit yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb. Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumatına görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur. O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır. “Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu …

Read More »

Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır

Azərbaycan Müdafiə Nazirliyi “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyasına start verib. Bu barədə  nazirlikdən bildirilib. “Əsgərlərimizin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə “Əsgərin kitab rəfi” aksiyasını elan edirik. Sizi elmi, bədii, publisistik və digər janrlarda kitablarınızı Vətənimizin keşiyində duran əsgərlərimizə hədiyyə etməklə kitab toplama aksiyasına qoşulmağa dəvət edirik. Aksiya çərçivəsində toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə …

Read More »

Xüsusi Təyinatlı Qüvvələrin döyüş qabiliyyətini yüksəltmək üçün təlim keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir. Çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər. Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Read More »

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin …

Read More »

Baş Qərargah rəisi Kəlbəcərə gedib, hərbi hissələrin döyüş hazırlığını yoxlayıb

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı …

Read More »

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Mayın 2-i saat axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. “Hazırda qeyd …

Read More »

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, “Fire Land Production” və Azman Holdinqin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi üçün nəzərdə tutulmuş “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” adlı silsilə layihələrin davamı kimi şəhid yaxınları, dövlət rəsmiləri, ictimai xadimlər və incəsənət nümayəndələrinin iştirak etdiyi Ramazan tədbiri keçirilib, qonaqlara iftar süfrəsi təşkil olunub. Boyukmillet.com xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız …

Read More »

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Mayın 1-də saat 13:40-dan 17:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini qumbaraatan və pulemyotlardan fasilələrlə atəşə tutub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti …

Read More »

Hərbi attaşelər hərbi hissəni ziyarət ediblər

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində hərbi attaşelik aparatının nümayəndələri əvvəlcə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Qonaqlar kompleksdə fəaliyyət göstərən muzeyin ekspozisiyasında soyqırıma həsr olunmuş stendlərlə tanış olublar. Onlara ermənilərin törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat …

Read More »