Bazar ertəsi , 12 Yanvar 2026

Hərbi

Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda təlim keçirib

Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planına əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə sərhəd axtarışının təşkili” mövzusunda birgə taktiki təlim keçirilib. Boyukmillet.com-un məlumatına görə, təlimin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Sərhəd naryadından daxil olmuş siqnala əsasən sərhəd bölmələrinin şəxsi heyəti “Silaha” komandası ilə qaldırılır. “Həyəcan qrupu” hadisə baş …

Read More »

Azərbaycan hərbçiləri terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları icra ediblər

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Efes-2022” çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları dəniz yolu ilə düşmən arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri …

Read More »

Raket və artilleriya bölmələri atəş tapşırıqları yerinə yetirib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində yaylım atəşli reaktiv sistemlərdən atəş tapşırıqları yerinə yetirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ehtiyat atəş və start mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə heyətlər şərti düşmən hədəflərinin …

Read More »

Müdafiə Nazirliyi azad edilmiş ərazilərdəki vəziyyətlə bağlı məlumat yayıb

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə …

Read More »

Azərbaycan Ordusunun hərbçiləri “Efes-2022” təlimlərində iştirak edəcək

Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə keçiriləcək “Efes-2022” beynəlxalq təlimlərində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda xidmət edən qrupun komandanlığı təlimlərə qatılacaq Azərbaycan hərbçiləri üçün kurslar keçib. Kurs zamanı gəmiyə çıxma, yaşayış məntəqəsində döyüş, kəndirlə tullanma və sahilə hücum tapşırıqları icra olunub.

Read More »

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayıb

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilir. Boyukmillet.com xəbər verir ki, komanda-qərargah təliminin ssenarisinə uyğun olaraq müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilən Naxçıvan Qarnizonu Qoşunlarının birləşmə və hissələri “Həyəcan” siqnalı ilə qaldırılıb. Təlimdə komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib aktiv radioelektron mübarizə şəraitində yuxarı qərargaha məruzə etməsinə, tabelikdə olanlara çatdırmasına, döyüşün …

Read More »

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Bu gündən Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Bu barədə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin 2022-ci il fevralın 18-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncama əsasən 2004-cü ildə …

Read More »

Gəncə yaxınlığında eşidilən partlayış səslərinin səbəbi açıqlanıb

Müdafiə Nazirliyi Gəncə şəhəri yaxınlığında eşidilən partlayış səslərinin səbəbini açıqlayıb. Nazirlikdən  bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. “Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 28.03.2022-ci il tarixdən 02.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi …

Read More »

DTX Vətən müharibəsində Ermənistanın S-300 raketlərinin yerlərini müəyyənləşdirmək üçün hazırladığı əməliyyat planını açıqlayıb

“Vətən müharibəsi zamanı Sərhəd Qoşunlarında AN-2 təyyarələrilə düşmən üzərinə plan qurulmuşdu. Hədəf Hava Hücumundan Müdafiə (HHM) sistemləri olan S-300 raketlərinin yerini təsbit etmək idi. Buna görə də bizə tapşırıq gəldi ki, düşmənin HHM sistemlərinin yerinin təsbit edilməsi və hətta bu olmasa belə təyyarələrin konkret olaraq hədəflərə çırpılması nəticəsində böyük partlayış və dağıntıların yaradılması, eləcə də düşmən tərəfinin itkilər verməsi məqsədilə …

Read More »

Azərbaycan generalı Ermənistana xəbərdarlıq edib

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, “Zəfər” ordenli general-leytenant Fuad Rəsulov Ermənistana xəbərdarlıq edib. Boyukmillet.com-un xəbərinə görə, o, İctimai televiziyanın efirində yayımlanan “Görünməyən qəhrəmanlar – DTX” adlı sənədli filmdə Ermənistan rəhbərliyinə üzünü tutaraq qeyd edib: “Azərbaycanın, Azərbaycan Ordusunun gücünü siz hiss etdiniz. 44 gün ərzində ölkə başçısının ətrafında xalqın, ordunun necə birləşdiyini, vahid qüvvə olduğunu siz hiss etdiniz. Hesab …

Read More »