ABŞ Ukrayna böhranının daha da gərginləşməsinin qarşısını almağa çalışır. APA TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. “Biz Ukraynada növbəti münaqişənin qarşısını almaq üçün çalışırıq”, – deyə Pentaqon rəhbəri qeyd edib. Ostinin sözlərinə görə, Rusiyanın Ukraynaya mümkün hərbi hücumu hər an baş verə bilər.
Read More »Şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirilib
Ermənistan silahlı qüvvələrinin 2017-ci ilin fevral ayının 24-dən 25-nə keçən gecə bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız – Aqşin Abdullayev, Şahlar Nəzərov, Tural Haşımlı, Zülfü Qədimov və Zakir Cəfərovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, anım tədbirində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, general-mayor Mayis Bərxudarov və N hərbi …
Read More »Müdafiə Nazirliyi MAXE olmaq istəyənlərin qəbulunu elan edib
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Boyukmillet.com xəbər verir ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər. …
Read More »Rusiya tanklarının Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb
Rusiya Silahlı Qüvvələrinin tanklarının Ukraynanın paytaxtı Kiyevə keçidini dayandırmaq üçün üç körpü partladılıb. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, partladılan körpülər Kiyevin cənub-şərq girişində yerləşir. Belə ki, Ukrayna hərbçiləri Varşavskaya şosesi boyunca Hostomeldəki körpünü, həmçinin Novoirpenskaya şosesindəki körpünü və Demidovda İrpen çayı üzərindəki körpünü partladıblar. Məlumata görə, Ukrayna tərəfi Kiyev yaxınlığındakı aerodromlara 7 təyyarə-desant endirildiyi və onların tanklarla paytaxta …
Read More »Azərbaycan Ordusunun zirehli texnikalarının döyüş hazırlığı yoxlanılıb
2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib. İcra olunan çalışmalarda əsas məqsəd sürücü-mexaniklərin döyüş texnikasını idarəetmə qabiliyyətlərini, eləcə də tuşlayıcı operatorların texnikadan hərəkətdə və dayanaraq atəş açma bacarıqlarını təkmilləşdirməklə bərabər, mexanikləşdirilmiş və tank bölmələrinin döyüş hazırlığının daha da yüksəldilməsidir. Çalışmalarda qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə …
Read More »Azərbaycan Ordusuna komandoların qəbulu elan edilib
Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Boyukmillet.com xəbər verir ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Müddətdən artıq həqiqi hərbi xidmət …
Read More »Türkiyəli mütəxəssislər Azərbaycan hərbçilərinə minatəmizləmə təlimləri keçirlər
Türkiyəli mütəxəssislər Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə minatəmizləmə təlimləri keçirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Biz tək ürək, tək bilək, tək yumruquq. Azərbaycan xidmət komandanlığı koordinatorluğunda Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinə mina axtarma təlim verilir”, – nazirlikdən bildirilib. Milli Müdafiə Nazirliyi təlimlərdən fotolar da paylaşıb.
Read More »Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Azərbaycan Ordusunun komandoları real döyüş şəraitində təlim keçib
Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib. Real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub. Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər. Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Read More »Erməni silahlıları Xocalı və Xocavəndin kəndlərini atəşə tutub
Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
