Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Azərbaycanın Ermənistana qaytardığı hərbçilər istintaqa cəlb olunub

Azərbaycanın humanizm prinsipini rəhbər tutaraq fevralın 8-də Ermənistana qaytardığı 8 hərbçi barədə İrəvanda istintaq araşdırması başlayıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb. Məlumata görə, hərbçilərin dindirilməsi 7-8 saat çəkib. Onların valideynləri buna etiraz ediblər və İstintaq Komitəsinin pəncərələrini sındırmağa çalışaraq binaya ziyan vurublar. Bildirilib ki, İrəvana qayıdan 8 hərbçidən 6-sı artıq sərbəst buraxılıb. Digər iki nəfərin işi …

Read More »

Azərbaycan Ordusunun artilleriya bölmələri ilə məşğələləri keçirilir

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və artilleriya bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir. Boyukmillet.com xəbər verir ki, daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutublar. Keçirilən məşğələlərdə əsas diqqət Vətən müharibəsində əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla, komandir heyətinin çevik qərar qəbuletmə …

Read More »

Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə mülki tikiliyə güllə dəyib

Ermənilərin açdığı atəş nəticəsində Tərtərdə yaşayış məntəqəsi ərazisindəki mülki tikiliyə güllə dəyib. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal …

Read More »

Tərtər istiqamətində mövqelərimiz atəşə tutulub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri fevralın 6-ı saat 00:23-dən 02:12-dək heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub. Bu barədə Boyukmillet.com Müdafiə Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb.Hadisə nəticəsində mülki əhali və bölmələrimizin şəxsi heyəti arasında xəsarət alan …

Read More »

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib. “Report” bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə …

Read More »

“Naxçıvan” Sərhəd Diviziyasında döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında 2022-ci yeni tədris ilinin döyüşə hazırolma həftəsi çərçivəsində fəaliyyətlər yerinə yetirilib. Boyukmillet.com xəbər verir ki, yeni tədris ilinin ilk həftəsində “Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələr öyrənilir, tapşırıqlar dəqiqləşdirilir və bölmələr müxtəlif variantlar üzrə məşq etdirilir. 2022-ci yeni …

Read More »

Baş Qərargah rəisi: “Azərbaycanın ərazisi, dəniz və hava məkanı etibarlı qorunur”

Bakı Qarnizonu hərbi hissələrinin şəxsi heyətinin, şəhid ailələri üzvlərinin və müharibə veteranlarının iştirakı ilə Təlim və Tədris Mərkəzində Azərbaycan Ordusu gənclərinin toplantısı keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev müdafiə nazirinin salamlarını və təbriklərini toplantı …

Read More »

Azərbaycan Ordusunda yeni tədris ilinin təlim-məşqləri keçirilir

Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və idarəetmə orqanlarında yeni tədris ilinin başlanması ilə əlaqədar məşqlər keçirilir. Boyukmillet.com xəbər verir ki, 2022-ci tədris ilində döyüş hazırlığında əsas məqsəd qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin daha da artırılması, bölmələr arasında uzlaşmanın təşkili, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir. Müdafiə nazirinin göstərişi ilə …

Read More »

Ərdoğan Zakir Həsənovu qəbul etdi – Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi saytında məlumat verilib. Görüşdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edib.

Read More »

Kəlbəcərdə həlak olan baş leytenanta şəhid statusu verilib

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib. “Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçumuza şəhid statusu verilib”, – məlumatda qeyd edilib. Xatırladaq ki, yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən …

Read More »