Türkiyənin Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan Hərbi Hava Qüvvələrinin “TurAz Şahini – 2021” təlimi uğurla başa çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Təlimləri uğurla icra edən bütün hərbçiləri təbrik edirik”, – məlumatda vurğulanıb. Konya’daki 3’üncü Hava Jet Üs Komutanlığımızın ev sahipliğinde gerçekleşen ve Azerbaycan Hava Kuvvetleri unsurlarının da katıldığı TURAZ Şahini-2021 Tatbikatı başarıyla …
Read More »Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib. …
Read More »“Ermənistan və onun havadarları nəticə çıxarmalıdırlar” HƏRBİ EKSPERT ŞƏRH ETDİ
Azərbaycanın, Türkiyənin və Pakistanın silahlı qüvvələrinin birgə keçirdiyi təlimin çox böyük əhəmiyyəti var. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emil Həsənli deyib. Hərbi ekspert vurğulayıb ki, hər üç qardaş ölkənin iştirakı ilə keçirilən bu təlim regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasında bir tövhə rolunu oynayır. “Türkiyə ordusu da, Pakistan ordusu da dünyanın ən güclü ordularından biridir. Pakistan ordusu eyni zamanda …
Read More »Türkiyə MN Hulusi Akarın Kərim Vəliyevlə görüşü ilə bağlı məlumat yayıb
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb. Boyukmillet.com -un xəbərinə görə, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. H.Akar Türkiyənin “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı …
Read More »Azərbaycan Ordusunun Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib. Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib. Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.
Read More »Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyənin müdafiə naziri ilə görüşüb
Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşlərdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, …
Read More »Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü olub
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi ordu generalı Yaşar Gülər Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu agentliyi yayıb. Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyə Respublikasına həyata keçirilir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra …
Read More »Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb
Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə qruplarının təlim-məşqlərinin başa çatması ilə bağlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib. Təlimlərdə fərqlənən hərbi qulluqçulara …
Read More »Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayıb
Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş – 2021” birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. “Üç qardaş – 2021” …
Read More »Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
