Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə yarışları yekunlaşıb

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları yekunlaşıb.

Boyukmillet.com xəbər verir ki, yarışlarda 8 komandanın 44 hərbi qulluqçusu mübarizə aparıb. İştirakçılar təyin olunmuş məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 9,3 km məsafədə 13 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 6 km məsafədə 10 nəzarət nöqtəsini müəyyənləşdiriblər.

Yekun nəticələrə görə qalib gələn Quru Qoşunlarının yığma komandası yarışın kubokunu qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsinin və Hərbi Polisin yığma komandaları layiq görülüblər.

Yarışın qalibləri kubok, fəxri fərman və medallarla təltif olunublar.

Check Also

Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd …