Cümə , 29 Mart 2024
Drone Cameras

Azad olunan ərazilərdə xidmət edənlərin övladlarının harada təhsil alacağı açıqlanıb

“Xidməti fəaliyyəti ilə bağlı işğaldan azad edilən ərazilərdə yaşayan şəxslərin övladları hazırda əvvəl oxuduqları təhsil müəssisələrində təhsillərini davam etdirirlər”.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə hazırda ümumi təhsil müəssisələri hələ ki fəaliyyət göstərmir.

Xatırladaq ki, bu gün ölkədə fəaliyyət göstərən məktəblərdə aşağı siniflər üzrə (I-IV) ənənəvi əyani tədris bərpa olunub. Sentyabrın 29-da isə yuxarı sinif (V-XI) şagirdləri, eləcə də ali və orta ixtisas təhsili müəssisələrində tədris başlayacaq.

Check Also

Naxçıvan Təhsil Nazirliyinin Əsasnamə və strukturu təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov Naxçıvan Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə …