Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik …

Read More »

Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra …

Read More »

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib. Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Read More »

“Birgə təlimlərdə iştirak ordumuzun inkişafı üçün önəmlidir” – HƏRBİ EKSPERT AÇIQLADI

“Azərbaycan ilə Türkiyə bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir. Biz qardaş dövlətlərik. Hər iki ölkə prezidentin birgə qarşıya qoyduğu tələblər var ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Şuşa bəyannaməsi də bunu deməyə əsas verir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanla Türkiyə bütün qoşun növləri üzrə birgə …

Read More »

Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib.

Güləş federasiyasından  verilən məlumata görə, 73 yaşında dünyasını dəyişən Quliyev 1995 – 1998-ci illərdə MOİK-in rəisi vəzifəsində çalışıb. O, dəfələrlə SSRİ çempionatının mükafatçısı, müxtəlif beynəlxalq turnirlərin medalçısı və Avropa çempionu olub. Allah rəhmət eləsin! Azərbaycanın veteran sərbəst güləşçisi, beynəlxalq dərəcəli idman ustası Nağı Quliyev vəfat edib. Güləş federasiyasından verilən məlumata görə, 73 yaşında dünyasını dəyişən Quliyev 1995 – 1998-ci illərdə MOİK-in …

Read More »

Azərbaycan Ordusunun Naxçıvandakı birləşmələri kompleks məşq keçirib

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib. Əlahiddə Ümumqoşun Ordudan “Report”a bildirilib ki, şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə Ordu aviasiyası da cəlb edilib. Kompleks məşqəƏlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb. Plana əsasənzenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə …

Read More »

Azərbaycan Ordusunun müasir hərbi texnika və silah-sursatla təchizatı prioritet xərc istiqamətlərindən birini təşkil edəcək

Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-ci il üçün …

Read More »

Azərbaycanın hərbi attaşesi “TurAz Şahini-2021” təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb. Bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir. Əvvəlcə aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması …

Read More »

Zakir Həsənov Rabitə qoşunlarının hərbi hissəsində olub

Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub. Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara …

Read More »

Dövlət Komissiyası Ağdərədə saxlanılan hərbçinin geri qaytarılması ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətandaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan …

Read More »