Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildiririk ki, …
Read More »Vaqif Dərgahlı yeni vəzifəyə təyin edilib
Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.
Read More »Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə polkovnik-leytenant Anar Eyvazov təyin olunub. Mətbuat Xidmətinin rəisi vəzifəsi A.Eyvazova həvalə edilib.
Read More »Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində təlim keçirilib
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib. “Report” xəbər verir ki, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün …
Read More »Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə hərbi təlim keçirəcək
“Dəniz kuboku” başa çatdıqdan sonra Azərbaycan, Rusiya, İran və Qazaxıstana məxsus gəmilər sentyabr ayında Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçirəcək. Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi Sergey Yekimov məlumat verib. “Dəniz kuboku” başa çatdıqdan dərhal sonra keçiriləcək birgə təlimlərdə Rusiya hərbi-dəniz donanmasının, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcək. Bir neçə …
Read More »Zakir Həsənov erməni təxribatına adekvat cavab verilməsi tapşırığını verib
Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə …
Read More »Zakir Həsənov xidməti müşavirə keçirib
Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin …
Read More »MN: “Azərbaycan əsgəri bədbəxt hadisə nəticəsində həlak olub”
Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin …
Read More »Azərbaycan hərbçiləri Gorus-Qafan yolunu bağladı – Ermənistanı İranla birləşdirən yol QAPANDI
Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. “Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnuxu hissəsini bağlayıb. Yolun açılması və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, – deyə Ermənistan Milli …
Read More »DSX: “Ermənistan hərbçiləri Azərbaycan sərhədçisinə hücum edib, əsgərimiz yaralanıb”
Avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb. DSX-dən verilən məlumata görə, digər …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar