Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Basarkeçər rayonunun Yuxarı Zağalı, Güney, Yuxarı Şorca, Berd rayonunun Yuxarı Mehrab yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan əlavə avqustun 20-si saat …

Read More »

Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

“IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Read More »

Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 102 il ötür

Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102 ili tamam olur. Boyukmillet.com xəbər verir ki, hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Milli sərhəd mühafizəsi ənənələrini yaşadan və inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə ehtiramla yanaşır, gələcəyinə inam hissi ilə baxır, bu günündən qürur duyur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra 1919-cu ildə milli hökumətin qərarı ilə təsis edilən …

Read More »

Zakir Həsənov Türkiyəyə səfərə gedib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə İstanbul şəhərində keçiriləcək “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə naziri “İDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı …

Read More »

MN: “Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı dezinformasiyasıdır”

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır. Boyukmillet.com xəbər verir ki, bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Read More »

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bundan əlavə saat 20:37-dən 22:40-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Muxtarkənd və Qaybalı yaşayış məntəqələri tərəfdən Şuşa şəhəri ətrafında …

Read More »

Azərbaycan sülhməramlıları Əfqanıstanda xidmətlərini davam etdirirlər

Azərbaycan sülhməramlıları Əfqanıstanda Türkiyə sülhməramlıları ilə birlikdə xidməti davam etdirirlər. Bu barədə hərbi mənbələrdən məlumat verilib. Qeyd edilir ki, sülhməramlılarımız Əfqanıstanın paytaxtı Kabilin hava limanının mühafizəsini təşkil edirlər. Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı 20 noyabr 2002-ci il tarixindən Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin …

Read More »

Azərbaycan Ordusunun giziri vəfat edib

Koma vəziyyətində olan Azərbaycan Ordusunun giziri, Cəlilabad rayonunun Ocaqlı kəndindən olan Əhmədov Mirzə Balaqardaş oğlu vəfat edib. Boyukmillet.com xəbər verir ki, o, bu gün dünyasını dəyişib. M.Əhmədov bu gün doğulduğu Ocaqlı kəndində dəfn ediləcək.

Read More »