Laçın rayonunda yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək. Boyukmillet.com xəbər verir kim, bu barədə “Report”a hərbi qulluqçuların ailəsindən bildirilib. “Müdafiə Nazirliyindən bizə dedilər ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğluna şəhid statusu veriləcək”, – ailədən bildirilib. …
Read More »Çağırışçıların hərbi hissələr üzrə bölgüsü başa çatıb
Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb. Bu barədə “Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir.Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya “2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.
Read More »Türkiyə-Naxçıvan Dostluq Parkında bayram konserti olub
Silahlı Qüvvələr Günü münasibətilə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olub. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, konsert proqramında əvvəlcə Naxçıvan Qarnizonu Hərbi Orkestri ifa etdiyi təntənəli marşın sədaları altında nizami addımlarla Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısına yürüş edib. Heydər Əliyev Muzeyinin önündə hərbi orkestrin ifasında marşlar və hərbi mahnılar səsləndirilib.Bayram konserti Türkiyə-Naxçıvan …
Read More »Azərbaycan Ordusunda isti hava şəraitinə görə günün nizam qaydalarına dəyişiklik edilib
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Azərbaycan Ordusunun şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə hərbi hissə və birləşmələrdə müvafiq tədbirlər həyata keçirilir. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə günün nizam qaydalarına dəyişiklik edilərək döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir. Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular …
Read More »“Qarabağ” ordeni şəhidin ad günündə ailəsinə təqdim edilib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni və bir neçə döyüş medalı ilə təltif olunmuş şəhid gizir Sadıqlı İbrahim Şahin oğlunun ad günündə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, şəhidin ailə üzvləri, dostları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək onun məzarını ziyarət edib, önünə çələng və qərənfillər düzüblər. Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, din xadimi şəhidlərin ruhuna dualar oxuyub, nə qədər …
Read More »Bakıda Azərbaycan-Türkiyə birgə təlimi başlayıb
Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən iyunun 28-dən Bakıda “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimi başlayıb. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının …
Read More »MN: Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub
İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat …
Read More »“Anadolu Qartalı – 2021” təlimində hərbi pilotlarımız növbəti tapşırıqları icra edib
Azərbaycan hərbi pilotlarının da iştirakı ilə Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir. Təlimin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin yer və hava hədəflərinin məhv edilməsi üzrə növbəti döyüş tapşırıqlarını icra edib. Tapşırığa əsasən hərbi pilotlarımız hava növbətçiliyini təşkil edib, hava sərhədini pozmağa cəhd göstərən şərti düşmənin aşkar olunaraq məhv …
Read More »İLHAM ƏLİYEV ORDU RƏHBƏRLİYİ VƏ ŞƏXSİ HEYƏTLƏ BİR ARADA – FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşüb. Mia.az xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı görüşdə nitq söyləyib.
Read More »Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləri keçiriləcək
“Möhtərəm cənab Prezidentin tapşırığı ilə üç qardaş ölkənin birgə təlimləri keçirilməlidir. Bununla bağlı artıq qərar qəbul olunub”. Boyukmillet.com xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Real” TV-yə müsahibəsində deyib. “Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Biz buna hazırlıqlarımızı görürük. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır və təlimin keçiriləcəyi ərazini yoxlayırlar. Bizim hazırlığımızı da …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
