Çərşənbə axşamı , 9 Dekabr 2025

Hərbi

Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 47 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Şıxlar, Novruzlu, …

Read More »

Hərbi qulluqçulara ŞAD XƏBƏR

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb. Boyukmillet.com xəbər verir ki , Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli …

Read More »

“Atamın da, digər şəhidlərin də qisasını alacam” – VİDEO

Erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz-çavuş Vüqar Sadıqovun ailə üzvləri onun haqda xatirələrini bölüşüblər. Boyukmillet.com xəbər verir ki, AzTV Ağstafa rayonundan şəhidin ailəsi ilə bağlı videoreportaj hazırlayıb. Vüqar Sadıqovun həyat yoldaşı, övladları onla bağlı xatirələrini bölüşüblər. Şəhidin övladı Yaşar Sadıqov deyib ki, o arxeoloq olmaq istəsə də, atası şəhid olandan sonra onun kimi hərbçi olmaq qərarına gəlib: “Atamın da, …

Read More »

Müdafiə Nazirliyi: Azərbaycan ordusu heç bir itki verməyib

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin bu açıqlamasını uydurma və dezinformasiya adlandırdı. Boyukmillet.com-un məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib: “Bu istiqamətdə yeni bir hücum olmayıb. Əksinə, dövlət sərhədindəki sahəmizdə sakitlik hökm sürür, itkilərimiz yoxdur. Lakin sərhədin o biri tərəfində erməni hərbçiləri arasında çaxnaşma müşahidə olunub. Bir müddət əvvəl Ermənistan silahlı qüvvələri bölmələrinin mövqelərində atıcı …

Read More »

MN: Tovuz döyüşlərində Azərbaycanın hər hansı ərazi itkisi olmayıb

“İyulun 12-dən günorta saatlarından başlayaraq Tovuz istiqamətində Ermənistan silahlı qüvvələri atəşkəsi kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutublar. Sonra daha iri silahlarla mövqelərimizi ağır artilleriyadan atəşə tutublar. Amma bu təxribatın qarşısı alınmışdır. Müvafiq planlar var və həmin planlar dərhal işlər düşür. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması üçün əmr verilmişdi”. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı …

Read More »

MN: Sərhədin Tovuz istiqamətində vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır

“Hazırda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyət ordumuzun tam nəzarəti altındadır”. Boyukmillet.com xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçularımızdan yaralananlar da var: “Hazırda onların müalicələri davam edir. Bəzi KİV nümayəndələri yaralı hərbçilərimizə baş çəkmək istəyirlər. Pandemiya dövründə xəstəxanalara baş …

Read More »

Orduya könüllü getmək istəyən 17 minə yaxın şəxs Müdafiə Nazirliyinə müraciət edib

Düşmən tərəfi döyüşlər zamanı hansısa tankımızın vurulması, “Qrad” yaylım atəş sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar. Boyukmillet.com xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. V.Dərgahlı düşmənin bu cür dezinformasiyalarına inanmamağa çağırıb: “Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında mühüm rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprelindəki əməliyyatlarda …

Read More »

Hərbçilərimiz qəzaya düşdü – Qərargah rəisi həlak oldu, əsgərlər yaralandı

20 iyul tarixində saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən  “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, DSX-nin Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib, digər hərbi …

Read More »

Elçibəy Polad Həşimovu və Raquf Orucovu Türkiyəyə göndərir – TARİXİ VİDEO

Azərbaycanın Eks-prezidenti Əbülfəz Elçibəy 1992-ci ildə bir qrup zabiti Türkiyəyə hərbi təhsil almağa göndərir. Təhsil almağa gedənlərin içində General-mayor Polad Həşimov və Polkovnik-leytenant Raquf Orucov da var. Xatırladaq ki, General Polad Həşimov 2020-ci iyulun 14-də Tovuz istiqamətində olan döyüşlər zamanı şəhid olub. Polkovnik-leytenant Raquf Orucov isə 2016-cı il aprelin 2-də “Aprel döyüşləri”ndə şəhid olub.

Read More »

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı

38000-ə yaxın vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elektron qaydada qeydiyyata alınıb. Dövlət Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin çağırışına səs verən 38000-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü olaraq …

Read More »