Bazar , 19 May 2024

Hərbi

Azərbaycan və Qazaxıstan generalları əməkdaşlıq məsələlərini müzakirə ediblər

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Milli Müdafiə Universitetində “Hərbi təhsil və elm sahələrində əməkdaşlıq məsələləri üzrə işçi görüşü” keçirilib. Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov ilə ölkələrimiz arasında hərbi təhsil …

Read More »

Türkiyə-Azərbaycan birgə təlimində komandolar şərti düşmənin idarəetmə məntəqəsini sıradan çıxarıblar

Azərbaycanda keçirilən “Mustafa Kamal Atatürk-2023” təlimləri çərçivəsində Azərbaycan və Türkiyə komandoları döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələri dəf edərək şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın ediblər. “Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, iki ölkə komandoları tapşırığı uğurla yerinə yetiriblər. Plana uyğun olaraq, şərti düşmənin komanda idarəetmə məntəqəsi sıradan çıxarılıb. Qeyd edək ki, Azərbaycan Ordusunun …

Read More »

Hərb Tarixi Muzeyində “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı tədbir keçirilib

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş “Müdrik lider, böyük strateq, qalib sərkərdə” adlı “dəyirmi masa” keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası, A.A.Bakıxanov adına Tarix İnstitutu, media və ictimaiyyətin nümayəndələri, Vətən müharibəsi iştirakçıları, eləcə də digər qonaqlar iştirak ediblər. Əvvəlcə …

Read More »

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən aşkar olunan kvadrakopter xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

Read More »

“Azərbaycan və Türkiyə olaraq terrorun kökünü birgə qazıyacağıq”-EKSPERT

Xəbər verdiyimiz kimi, Ankarada Türkiyə Böyük Millət Məclisinin yeni qanunvericilik ili üçün açılışına saatlar qalmış Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinin giriş qapısı qarşısında terror aktı törədilib. Türkiyə dövləti uzun illərdir bu terror aktlarından əziyyət çəkir. Buna baxmayaraq, irəliləyən zaman ərzində Türkiyə törədilən bu qanlı faciələrə qarşı uğurlu addımlar atır. Eynilə Azərbaycanda qeyri-qanuni qruplaşmalar terror aktını törədirlər. Xatırladaq ki, sentyabrın 19-u …

Read More »

Ermənistandan açılan snayper atəşi: şəhidimiz var – MN

Sentyabrın 30-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açılıb. Boyukmillet.com xəbər verir ki, atəş nəticəsində hərbi qulluqçumuz Vüsal Xeybalı oğlu Orucov şəhid olub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Read More »

Türkiyə MN: “Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”

“Naxçıvandakı hərbi kompleksin modernləşməsi Azərbaycanın xaricdən asılılığına son qoydu”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Xatırladılıb ki, sentyabrın 25-də Azərbaycan və Türkiyə liderləri modernizasiya olunan Naxçıvan hərbi kompleksinin açılışında iştirak ediblər: “Artıq Azərbaycan hərbi ehtiyaclarını özü təmin edəcək”.

Read More »

Təcili: Vardanyan saxlanıldı, Bakıya gətirildi – Rəsmi

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “dağlıq qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə o, Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq …

Read More »

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat – SİYAHI

Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 27-si saat 10:00-a olan məlumatı açıqlayıb. Boyukmillet.com siyahını təqdim edir: 1. Atıcı silah və qumbaraatanlar – 11052. Artilleriya silahları – 603. HHM vasitələri – 2264. Döyüş sursatları – 4253755. Təchizat və ləvazimatlar – 27216. Optik və digər cihazlar – …

Read More »