Türkiyədə səfərdə olan Azərbaycan Ordusunun generalları paytaxt Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Genarallar Heydər Əliyev parkında olub və Ulu Öndərin xatirəsini anıblar. Qeyd edək ki, Azərbaycan Ordusunun 6 generalı Türkiyədə səfərdədir. Heyətdə korpus komandanları general-leytenant Mayis Bərxudarov, general-mayor Münasib Babayev və digərləri var. Yanvarın 31-də Türkiyənin …
Read More »Müdafiə Nazirliyi: “Ermənilər Xocalı və Şuşa ətrafında meşəlik əraziləri minalayıb”
Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb.
Read More »Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq planı imzalanıb
Azərbaycan və Serbiya müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə ikitərəfli hərbi əməkdaşlıq danışıqları keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan və Serbiya müdafiə nazirlikləri arasında 2024-cü il …
Read More »Yaşar Gülər Ankarada Azərbaycan generallarını qəbul edib
Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Ankarada səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin generallarını qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşım edilib. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1752706840268595370%7Ctwgr%5Ee042e65f54bbce3afaf55ae2e65526ab3a51c10f%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fherbi-xeberler%2Fyasar-guler-ankarada-azerbaycan-generallarini-qebul-edib%2F&in_reply_to=1752706840268595370
Read More »Naxçıvanda xüsusi təyinatlılar şərti düşmən hədəflərini məhv ediblər
Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlıları təyin edilmiş şərti düşmən hədəflərini məhv ediblər. Boyukmillet.com xəbər verir ki, hazırlıq planına uyğun olaraq döyüş atışlı məşğələyə cəlb edilmiş hərbi qulluqçular snayper tüfənglərindən, müxtəlif çaplı atıcı silahlardan, tapança və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər. Çətin hava və relyef şəraitində snayper cütlüklərinin maskalanma tədbirlərinə əməl etdikləri məşğələyə zirehli texnikalar da cəlb edilib. Havanın əlverişsiz …
Read More »Zakir Həsənov və Hulusi Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir:
Read More »Müdafiə Nazirliyi şəhid hərbi qulluqçunun ailəsinə başsağlığı verib
Azərbaycanın Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçunun ailəsinə başsağlığı verib. Bu barədə nazirlikdən bildirilib. “Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub. Müdafiə …
Read More »Daxili Qoşunların Naxçıvandakı birləşməsində təlim-atış çalışmaları keçirilir
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvandakı birləşməsində döyüş hazırlığı planına uyğun olaraq hərbi qulluqçularla təlim-atış çalışmaları, praktiki məşğələ və təlimlər keçirilir. Boyukmillet.com xəbər verir ki, qarlı-şaxtalı havalarda, çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının yüksək peşəkarlıqla icrasına nail olunması məqsədilə şəxsi heyət təlim-atış çalışmasına cəlb edilib. Havanın əlverişsiz olmasına baxmayaraq, təyin edilmiş hədəflər yüksək sərrastlıqla və hərbçi ustalığı ilə məhv edilib. Daxili …
Read More »Baş Qərargah rəisi Azərbaycan Ordusunun döyüş hazırlığını yüksək qiymətləndirib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məruzə olunub ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də təchizatın varlığı yoxlanılır. General-polkovnik K.Vəliyev “Gizir hazırlığı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
