Azərbaycan Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində tərk edilmiş dayaq məntəqəsinin görüntülərini yayıb. Boyukmillet.com görüntüləri təqdim edir:
Read More »Qarabağ bölgəsində mülki təyinatlı tikililərdən silah-sursat anbarları aşkar edilir
Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib. Boyukmillet.com xəbər verir ki, lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub. Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank …
Read More »MN məlumat yaydı: iki şəhidimiz var
Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. Boyukmillet.com xəbər verir ki, mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub. Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. …
Read More »Qarabağ bölgəsində silah-sursatın müsadirəsi prosesi davam edir
Qarabağ bölgəsindəki müxtəlif ərazilərdə növbəti döyüş texnikası, hərbi avadanlıqlar, həmçinin anbar kimi istifadə edilən mülki tikililərdən silah-sursat müsadirə edilib. Boyukmillet.com xəbər verir ki, xeyli sayda raket, artilleriya mərmiləri və minalar olan anbarda, həmçinin müxtəlif çaplı döyüş sursatları da aşkar edilib. Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.
Read More »Ordumuz Xocalıya da daxil oldu
Azərbaycan Ordusu Xocalı şəhərinə daxil olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Bez Tormozov” foto paylaşıb. Məlumatda bildirilib ki, Ordumuz rus sülhməramlıları ilə birgə hərəkət edib.
Read More »Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayında Xidmətin rəis müavini ədliyyə general-mayoru Oqtay Məmmədov alayın komandir heyətinin iştirakı ilə müşavirə keçirib. Boyukmillet.com xəbər verir ki, müşavirədə Mühafizə alayında nizam-intizamın və döyüş hazırlığının gücləndirilməsi, maddi texniki, qida, tibbi təminatın, əsgər yataqxanaları və məişət şəraitinin yaxşılaşdırılması, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məsələləri ətrafında müzakirələr aparılıb. Alayın şəxsi heyətinin və həqiqi hərbi xidmət …
Read More »MN: “Ordumuzun Xankəndi istiqamətində hücuma keçməsi barədə məlumatlar yalandır”
“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır”. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – məlumatda vurğulanıb.
Read More »Ermənilər niyə təslim oldu? – Atəşkəsin PƏRDƏARXASI
“Bilirsiniz ki, Azərbaycanın çox müasir, peşəkar ordusu var. Son zamanlar komando hərbi birlikləri yaradıldı və meşə-dağlıq ərazilərdə separatçılara qarşı təlimlər keçirildi. 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi hissəsi darmadağın edildi. Onlar indi də Azərbaycanın hərbi birləşmələrinin qarşısında tab gətirə bilməzdilər. Ermənilər onsuz da bir neçə günə təslim olacaqdılar, başqa yolları yox idi. Əgər təslim olmasalar, bütünlükdə məhv ediləcəkdilər…” Boyukmillet.com xəbər …
Read More »Anar Eyvazov: “Qarabağdakı separatçıların təslim olması ilə bağlı qoşunlara müvafiq tapşırıq verilib”
“Bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib”. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir.
Read More »Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib: “Yardım çağırışlarına reaksiya verməyin”
Müdafiə Nazirliyi vətəndaşlara çağırış edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə bildirib. “Bəzi sosial media hesablarında orduya dəstək adı altında pul və yardım istənilməsi ilə bağlı vətəndaşlara çağırışlar olunur. Müraciət edirik ki, vətəndaşlar belə çağırışlara heç bir reaksiya göstərməsinlər. Silahlı Qüvvələrin maddi texniki …
Read More »