2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda duran məqsədlər izah olunub. Təlimdə Mi-17-1V helikopter …
Read More »Komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib
2023-cü ilin hazırlıq planına uyğun olaraq komando bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ssenariyə əsasən “Həyəcan” siqnalı ilə qaldırılan bölmələrə təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar verilib. Ərazinin vizual müşahidəsi və hava kəşfiyyatının aparılması ilə şərti düşmən obyekti qiymətləndirildikdən sonra onun hərbi texnikası pusquya salınıb, qruplaşmanın üzvləri ələ keçirilib. Meşəlik …
Read More »Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Əməliyyat Planlaşdırılması Departamentinin rəisi general-mayor Marat Aymaşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Nümayəndə heyəti əvvəlcə Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş …
Read More »Azərbaycanda 5 il gizir və miçman kimi xidmət edənlərə kiçik leytenant rütbəsi veriləcək
Azərbaycanda gizir və miçman vəzifələrində beş il və daha çox xidmət edənlərə kiçik leytenant hərbi rütbəsi veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, hazırkı qanunun 36.1.3-cü maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən ən azı tam orta təhsilli şəxslərin gizirlərin və miçmanların həqiqi …
Read More »Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb
Hərbi kolleclərin fəaliyyətinin təşkili üçün Müdafiə Nazirliyinə 2 milyon manat ayrılıb. Boyukmillet.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanında əksini tapıb. Fərmana əsasən, hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Müdafiə Nazirliyinə ilkin olaraq 2 …
Read More »Əlahiddə Ümumqoşun Orduda Heydər Əliyevin 100-cü ildönümü ilə bağlı tədbirlər keçirilir
Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin və Heydər Əliyev adına Hərbi Liseyin komandaları …
Read More »Füzulidə silah-sursat aşkarlanıb
İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.
Read More »Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib, Zakir Həsənov gələn il üçün tapşırıqlar verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə dekabrın 9-da 2023-cü ilin yekunlarına dair nazirliyin Kollegiya iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər. İclasda Azərbaycan-Ermənistan şərti sərhədində mövcud …
Read More »Azərbaycan Ordusunun 473 hərbçisinə mənzil verilib
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və …
Read More »Azərbaycan-Türkiyə HHQ nccvümayəndələri arasında qərargah danışıqları keçirilib
Azərbaycanla Türkiyə arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 14-cü Qərargah danışıqları keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ankara şəhərində keçirilən görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Qərargah danışıqları zamanı hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının daha da artırılması məqsədilə qarşılıqlı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
