Bazar ertəsi , 8 Dekabr 2025

Hərbi

Baş nazir hərbçilərin yeni maaşları ilə bağlı Müdafiə Nazirliyinə tapşırıq verib

Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, …

Read More »

Ermənistanın mülki əhaliyə və hərbçilərə dronlardan keçirdiyi təlimlərin görüntüləri yayılıb

Qarabağ bölgəsində Ermənistanın qeyri-qanuni hərbi fəaliyyəti və növbəti hərbi cinayət planları ilə bağlı antiterror tədbirlərindən sonra aşkar edilmiş yeni faktlar barədə Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin brifinq zamanı bölgədəki hərbiləşmənin miqyasını göstərən görüntülər təqdim olunub. Boyukmillet.com  xəbər verir ki, Ermənistanın ərazilərimizdə mülki əhaliyə və hərbçilərə kustar üsulla hazırlanmış dronlardan keçirilən təlimlərinin və Azərbaycanın mülki obyektlərinin hədəf alındığı barədə kadrların …

Read More »

Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə ucalan Elnur Hacıyev və Fərrux Hüseynovun xatirəsinə həsr edilmiş anım mərasimləri keçirilib. Anım mərasimləri çərçivəsində hərbi qulluqçular şəhidlərin məzarlarını ziyarət edib, yaxınları ilə görüşərək onların qayğıları ilə maraqlanıblar.Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları, …

Read More »

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Boyukmillet.com icmalı təqdim edir.

Read More »

Azərbaycan HHM bölmələri şərti düşmənin hava hədəflərini məhv edib, Zakir Həsənov prosesi izləyib

Noyabrın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb. Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti …

Read More »

Zakir Həsənov Özbəkistana başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, başsağlığında deyilir: “Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki “Kattakurqan” poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik …

Read More »

Milli Dirçəliş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunda 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə silsilə tədbirlər keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər Azərbaycan xalqının azadlıq mübarizəsinin əsas mərhələlərindən birini …

Read More »

Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə beynəlxalq təlim başlayır

Türkiyədə Azərbaycanın dəniz xüsusi təyinatlılarının iştirak etdiyi “Doğu Akdeniz-2023” beynəlxalq təlimləri bu gün başlayır. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Hərbi təlimlər Marmaris şəhərində keçiriləcək. Təlimlərə ümumilikdə 24 gəmi, 13 helikopter, 5 PUA, 20 F-16 təyyarəsi və digər texnikaların cəlb olunması planlaşdırılır. Noyabrın 25-dək davam edəcək təlimlərdə bir neçə müttəfiq dövlət iştirak edir. Qeyd edək …

Read More »

Türkiyə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması haqqında qanun qüvvəyə minib

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azərbaycandakı mandat müddətinin bir il uzadılması haqqında prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin (TBMM) qanunu qüvvəyə minib. Boyukmillet.com xəbər verir ki, sənəd Türkiyənin dövlət mətbu orqanı “Resmi gazete”də dərc olunub. Xatırladaq ki, qanun layihəsi TBMM-ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi. Qeyd edək ki, qanunda işğal altındakı torpaqlarının azad olunması uğrunda …

Read More »

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təliminə qatılacaq. Azərbaycan hərbçiləri artıq qardaş ölkədədir.

Read More »