Bazar ertəsi , 26 Oktyabr 2026

Hərbi

Ermənilər Azərbaycan Ordusunun Gədəbəy və Şuşa istiqamətindəki mövqelərini atəşə tutub

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun …

Read More »

Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir

Hazırda Zəngilan istiqamətində ağır döyüşlər gedir, düşmən artilleriya qurğularından istifadə edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb. Ermənilər artilleriya qurğularından və zərbə PUA-larından istifadə edirlər. Azərbaycan hərbçiləri adekvat cavab tədbirləri görürlər.

Read More »

Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin 2 snayperi zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi Azərbaycan Silahlı Qüvvələrinin keçirdikləri cavab tədbirləri nəticəsində məhv ediliblər.

Read More »

Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçinin son durumu açıqlanıb

Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb. Boyukmillet.com-un xəbərinə görə, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi …

Read More »

MN: “Ermənistan Gorusdan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub”

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür”, – məlumatda qeyd edilib.

Read More »

Qanunsuz erməni silahlılarının Füzuli istiqamətində fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Read More »

MN: “Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub”

İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin …

Read More »

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin birgə komanda-qərargah təliminin planlama konfransı keçirilib

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak edəcəyi “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təliminin planlama konfransı keçirilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən konfransda təlim zamanı strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib. Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas …

Read More »

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz yenidən intensiv atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Belə ki, iyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub. “Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat …

Read More »