Bazar ertəsi , 26 Oktyabr 2026

Hərbi

İlon Mask “Starship”in ilk buraxılış tarixini təsdiqləyib

“Starship” kosmik gəmisinin ilk sınaq buraxılışı aprelin 17-də bazar ertəsi baş tutacaq. Boyukmillet.com xəbər verir ki, buraxılış tarixini amerikalı sahibkar, “Tesla” şirkətinin rəhbəri və “SpaceX”in qurucusu İlon Mask öz tviter hesabında təsdiqləyib. “Buraxılış cəhdi sabahdır”, – o qeyd edib. Qeyd edək ki, “Starship” Yerə yaxın uçuşlar, günəş sinxron və geotransfer orbitlərinə, həmçinin Marsa planetlərarası uçuşlar üçün nəzərdə tutulub.

Read More »

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himni səsləndirilib. Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov bildirib ki, Prezident, Silahlı Qüvvələrin …

Read More »

Hərbi foto-video operatorlarla toplanış keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan müəssisə və hərbi hissələrin foto-video operatorları ilə toplanış keçirilib. Görüşdə müdafiə nazirinin kommunikasiya sahəsində tələbləri və tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Hərbi mövzuda hazırlanan foto və video materialların məzmunu ilə bağlı təkliflər, çəkiliş zamanı yaranan problemlər dinlənilib. Həmçinin hərbi sirr hesab olunan …

Read More »

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini Professor Serdar Salman, Quru Qoşunları Hərbi Institutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selçuk Akar …

Read More »

Azərbaycan və ABŞ arasında hərbi təhsilin inkişaf perspektivləri müzakirə olunub

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarında səfəri çərçivəsində bu ölkənin Milli Müdafiə Universitetini ziyarət edib. Universitetlə tanışlıqdan sonra general-leytenant R.Tahirov ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) 17-ci prezidenti general-leytenant Mayk T.Plen ilə görüşüb. Tərəflər ABŞ-ın hərbi təhsil sisteminin və MMU-nun bu sahədə təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi aparıb. General-leytenant R.Tahirov Azərbaycanda yeni yaradılan …

Read More »

Mübariz Qurbanlı: “Əsgərlərimizə işgəncə verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya göstərdi” 

“Qeyri-sabit hava şəraiti ilə əlaqədar əsgərlərimizin Ermənistan ərazisinə keçməsi, əsir götürülməsi, onlara işgəncələr verilməsi ermənilərin və Ermənistanın simasını dünyaya növbəti dəfə bəyan etdi”. Boyukmillet.com xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Ermənistan Xocalıda etdiyi vəhşiliyi bu gün bunu əsgərlərimizin üstündə təkrarlayır: “Nəinki təkrarlayır, həm də dünyaya çəkib göstərir. Bu, qətiyyətlə …

Read More »

Ombudsman BQXK-dən Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərə baş çəkməsini tələb edib

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara münasibət bildirib. Boyukmillet.com-un xəbərinə görə, o bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı foto və video materiallar yayılıb: “Bir neçə gün öncə Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun əlverişsiz …

Read More »

Azərbaycan Ordusunun itkin düşən 2 əsgərinin Ermənistanda saxlanıldığı təsdiqlənib

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən Azərbaycan Ordusunun 2 əsgəri Ermənistanda saxlanılır. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik iddia edir ki, azərbaycanlı hərbçilərdən biri aprelin 13-də Ermənistanın Qarakilsə rayonu ərazisində aşkarlanıb və saxlanılıb. Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar …

Read More »

“Dəniz komando təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində keçirilən “Dəniz komando təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib. Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir …

Read More »