Çərşənbə axşamı , 1 Aprel 2025

Hərbi

Prezident: “Azərbaycan artıq elə bir silahlı qüvvə yaradıb və yaradacaq ki, bununla hesablaşmamaq özünəqəsd sayılmalıdır”

“Azərbaycan artıq elə bir silahlı qüvvə yaradıb və yaradacaq ki, bununla hesablaşmamaq özünəqəsd sayılmalıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən deyib. Prezident bildirib: “Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı …

Read More »

Azərbaycan qaziləri Anıtqəbri ziyarət edib

Emin Həsənli: Ziyarətə gələn Türkiyə vətəndaşları bizə yaxınlaşır, tarixi Zəfərin əldə edilməsinə görə bir daha qaziləri təbrik edir və xatirə şəkli çəkdirirdilər Xəbər verdiyimiz kimi, Azərbaycan qazilərinin bir qrupu qardaş Türkiyədədir. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı, Türkiye Muharib Gaziler Derneğinin dəvəti ilə reallaşan səfər çərçivəsində ötən həftə qazilər Mersin, Adana, Tarsus …

Read More »

Qarsda Azərbaycan və Türkiyə hərbçilərinin birgə hərbi təlimi keçiriləcək

Azərbaycan və Türkiyə hərbçiləri birgə hərbi təlim keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “QIŞ-2023” hərbi təlimində iştirak edəcək Azərbaycan silahlı qüvvələrinin qəhrəman hərbçiləri Qarsa çatıb. Qardaşlarımıza xoş gəldin deyir, onlara birgə keçirəcəyimiz hərbi təlimdə uğurlar diləyirik”, – məlumatda vurğulanıb.

Read More »

MN: “Ermənilərin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır”

“Qarşı tərəfin yaydığı məlumat yalandır və dezinformasiya xarakteri daşıyır. Uydurma və reallığı əks etdirməyən rəqəmlərin əks olunduğu bu cür məlumatlar ictimaiyyəti çaşdırmaq məqsədi güdür”. Boyukmillet.com xəbər verir ki, erməni mətbuatının guya Azərbaycan Ordusunun 2022-ci ildəki itkiləri ilə bağlı yaydığı məlumatlar yalandır. “Qeyd edək ki, ordumuzun itkiləri barədə ölkə mətbuatında mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. Ermənistan mətbuatı ehtiyata buraxıldıqdan sonra müxtəlif …

Read More »

Vətən müharibəsi iştirakçılarından 84 423-nün adı “Zəfər” altsisteminə daxil edilib, 1042-sinə imtina verilib

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84 423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara “Müharibə veteranı” …

Read More »

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası”na əsasən 2023-cü ildə terrorçuluq və ekstremizmin bütün təzahürlərinin qarşısının alınması sahəsində Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, bu il ərzində Azərbaycan Ordusunda hüquq qaydasının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması sahəsində də hər iki …

Read More »

Zakir Həsənov səfərbərlik təminat bazasının döyüş hazırlığını yoxlayıb, tapşırıqlar verib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Quru Qoşunlarının səfərbərlik təminat bazasında olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə nazirliyin rəhbərliyi təminat bazasının ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad edib. Müdafiə naziri bazanın silahlanmasında olan artilleriya vasitələrinə, döyüş və avtomobil texnikasına baxış keçirib, onların texniki vəziyyəti ilə maraqlanıb …

Read More »

Zakir Həsənov Quru Qoşunlarında olub, müvafiq göstərişlər verib

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub. General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib. Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq …

Read More »

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb

Yanvarın 2-si saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər – Nigeriya vətəndaşı saxlanılıb. Boyukmillet.com xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən …

Read More »